Azərbaycanda turizmin inkişafı regional problemlər

 

   Dekabrın 21-də Bakı Dövlət Universitetinin coğrafiya fakültəsi Azərbaycan Coğrafiya Cəmiyyəti”nin təşkilatçılığı ilə «Azərbaycanda turizmin inkişafı regional problemlər» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

  

   «Turizm ili»nə həsr edilmiş konfransı BDU-nun coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov açaraq ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışdı. Qeyd olundu ki, dövlət bu sahənin inkişafında maraqlıdır, 2011-ci ilin ölkə başçısı tərəfindən «Turizm ili» elan edilməsi bunun göstəricisidir: “Turizm ilibu sahədə çalışan təşkilatların, turizm sektoru üçün ixtisaslı kadr hazırlayan təhsil müəssisələrinin, o cümlədən Bakı Dövlət Universitetinin məsuliyyətini daha da artırıb. Lakin bu o demək deyil ki, turizmin inkişafı qarşısında məsuliyyət təkcə 2011-ci ilə aiddir. Azərbaycan turizminin inkişafı üçün potensial imkanlardan səmərəli istifadə, bu sahədə mütəxəssis kadrların hazırlanması, infrastrukturun yaradılması işi davam etdiriləcək».

   BDU-nun iqtisadi-sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov Azərbaycanın dağlıq ərazilərinin rekreasiya ehtiyatlarından söz açdı: «Rekreasiya ilə turizm zonası turizm fəaliyyətinin bütün sahələrini əhatə edir. Azərbaycan turizmin inkişafı üçün təbii ehtiyatlarla - dağlıq dəniz sahilləri, isti müalicə suları, palçıq vulkanları, dağ gölləri, şəlalələr, nadir ağac növlərindən ibarət meşələr s. ilə zəngindir. Bu ehtiyatlardan kompleks şəkildə istifadə sayəsində kütləvi turist axınına nail olmaq, daimi fəaliyyət göstərən turizm marşrutları təşkil etmək mümkündür».

   BDU-nun xarici ölkələrin iqtisadi coğrafiya turizm kafedrasının müdiri Həbibə Soltanova «Azərbaycanda yerləşmə müəssisələri: regional problemlər» mövzusunda çıxış etdi. Qeyd etdi ki, Azərbaycanda yerləşmə müəssisələrinin tarixi bu sahədə ilk biznesin formalaşması qədim dövrlərə təsadüf edir: «Azərbaycanda ilk yerləşmə müəssisələri - karvansaralar təkcə şəhərlərdə deyil, həmçinin yol kənarlarında da inşa edilirdi. XIX əsrin 2-ci yarısında neft sənayesinin inkişaf ilə əlaqədar Bakının mərkəzi abadlaşdırılmağa başlayır. XX əsrin əvvəllərində Bakının mərkəzində ilk mehmanxana - «Yeni Avropa» (hazırda «LUKoil»un Ticarət Evinin binası yerləşir) açılır».

   Sovet dövründə turist yerləşmə müəssisələrinin fəaliyyətindən danışan H.Soltanova daha sonra müstəqillik dövrünə nəzər saldı: “1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra neft müqavilələrinin reallaşdırılması, regional beynəlxalq sərgilərin təşkili Bakıda infrastruktur dəyişikliklərinə səbəb oldu. Azərbaycanda hazırda ümumilikdə 14 minə yaxın nömrəsi olan 450-dən çox mehmanxana var”. Kafedra müdiri onu da qeyd etdi ki, «Turizm ili»nə töhfə olaraq, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin Azərbaycan Coğrafiya Cəmiyyəti tərəfindən Azərbaycanın turizm xəritəsi hazırlanıb.

   BDU-nun iqtisadi sosial coğrafiya kafedrasının müdiri, professor Neyron Babaxanovun çıxışı da maraqla qarşılandı. Azərbaycanda turizm sahəsində xidmətin keyfiyyətini xarici ölkələrdə təqdim edilən xidmətlə müqayisə edən mütəxəssis bu sahədə ölkəmizdə hələ çox işlərin görülməli olduğunu bildirdi.

   Konfrans turizmin müxtəlif istiqamətlərinə həsr olunmuş müzakirələrlə yekunlaşdı.

  

 

   F.Abdullayeva

 

  Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 8.