Neominiatür bəstələr”

 

   “Yeddi not səsindən bir musiqi əsəri meydana gəldiyi halda, niyə spektrin də yeddi rənginin uyarlığından, ritmindən “rənglərin musiqisi”ni yaratmaq mümkün olmasın?”

  

   Elçin Muxtar Elxan 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. O vaxtdan təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq miniatür rəssamlıq sahələrində çalışıb. 1962-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olub, əsərləri ilə respublika, ümumittifaq xarici ölkələrdəki sərgilərdə iştirak edib. 60-dan çox kitabın, o cümlədən çoxsaylı uşaq kitablarının illüstrasiyalarının müəllifidir.

 

   Akademik Milli Dram Teatrında 12 tamaşanın (“Ölülər”, 1966; “Xəyyam”, 1970; “Xurşidbanu Natəvan”, 1981 s.), Opera Balet TeatrındaLeyli Məcnun” (1976) s. səhnə əsərlərinin quruluşçu rəssamı olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə 12 rəngkarlıq qrafika əsəri işləyib. Orta əsrlərin tanınmış miniatür rəssamları K.Behzad, Soltan Məhəmməd, Ağamirək, ustad aşıqlar Dirili Qurbani Abbas Tufarqanlı surətlərinin müəllifidir. 1968-1969-cu illərdəAzərbaycanfilmkinostudiyasının istehsalı olanCırtdancizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə çəkilənNəsimibədii filminin geyim üzrə rəssamı olub.

   Bir müddətİçərişəhərTarix-Memarlıq Dövlət Qoruğu İdarəsində idarəsində baş rəssam kimi çalışıb. 1982-1987-ci illərdə Respublika Rəssamlar İttifaqınınMiniatür kitab qrafikasıbölməsinə rəhbərlik edib.

   1965-ci ildən başlayaraq rəssamlıq sənəti ilə yanaşı, milli mədəniyyət tarixinə aid 200-ə yaxın məqalənin, milli-mənəvi dəyərlərimizlə bağlı kitabların - “El-oba oyunu, xalq tamaşası”, “Mən Dədə Qorqud”, “Azərbaycan toyu”, “Təxti-nərd dəstgahı”, “Şəbeh epik teatrımız”, “Zorxana mədəniyyəti”, “Padşahın kiçik oğlu”, “Gün çıx-çıx”, “Yeddi çərşənbə, yeddi bayram”, “Nuhun dabanı” - ümumilikdə 22 kitabın müəllifidir.

   1991-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvüdür.

   1994-cü ildə Rəssamlar İttifaqınınSoltan Məhəmmədmükafatına, 1999-cu ildəMən Dədə Qorqudkitabına görə Yazıçılar Birliyinin mükafatına layiq görülüb.

  

  

   Dekabrın 15-də Müasir İncəsənət Mərkəzində Əməkdar rəssam Elçin Muxtar Elxanın "Neominiatür bəstələri" adlı sərgisi keçirildi. Sərgi qeyri-adiliyi bənzərsizliyi ilə sənətsevərləri heyran etdi.

  

   Gələcəyin rəssamlıq əsərləri

  

   Könlüm istəmədiyi, ağlım qəbul etmədiyi, əqidəmcə cəmiyyətə lazım olmayan lüzumsuz mövzular üzərində çalışmamışam. Kiminsə xoşuna gəlsin deyə öz fikrimdən dönməmişəm, vaxtsa kiminsə dediyi sözlərdən, mövzulardan özümü təkrarlamaqdan qaçmışam. Hadisələrə ideyalara mövcud zamanın yalnız özümün gözü ilə baxmışam” - Elçin Muxtar Elxan özünün sənət kredosunu belə xarakterizə edir. Onunla bu günlərdə görüşüb söhbət etdik.

  

   - Elxan müəllim, istərdim ki, söhbətimizəminiatür kompyutermövzusundan başlayaq...

   - Günlərin bir günü neominiatür axtarışlarıma yaxşı bələd olan bir rəssam dostum məni şəhərdəki kompyuter mərkəzlərinin birinə aparıb tanış kompyuter ustasına təqdim etdi. O da öz növbəsində kompyuterin rəssamlıq işində nələrə qadir olduğunu mənə nümayiş etdirdi. Mən xeyli heyrətləndim başa düşdüm ki, artıq qədim rəssamlıq sənətinin ənənəvifırça-qələm, yağlı boya dövranıbitir, bundan sonrakompyuter rəssamlığı”nın hökmranlığı başlayır.

   O vaxtdan xeyli keçdi. Qızım mənə noutbuk bağışladı. Əvvəlcə onun idarəetmə yollarını, daha sonrakompyuter qrafikası” öyrəndim. Çox qısa bir zamanda kompyuter vasitəsi ilə vaxtı ilə arzuladığım, lakin gerçəkləşdirə bilmədiyim işləri ərsəyə gətirdim xeyli neominiatür əsərlər hazırladım. Bunların əsasındaRəssam kompyuteralbomumu çap elədim.

   Bu gün artıq vaxtı ilə yuxumda görüb sorağında olduğumneominiatür bəstə”lərimin meydana gəlməsi üçün etibarlı vasitə imkan var. Qətiyyətlə deyə bilərəm ki, “kompyuter qrafikasıqocaman rəssamlıq sənətinin tamhüquqlu bir varisi kimi inkişaf edib yaşaya bilər.

   - Ancaq bu fikri birmənalı qarşılamayanlar da var. Kompyuter vasitəsi ilə ərsəyə gətirilmiş rəssamlıq əsərlərini tam sənət növü saymayanlar bu fikirdədirlər ki, kompyuter rəssamlığında rəssamın fırça qələminin izlərini görmək, boyalarınətriniqoxumaq mümkün deyil. Siz necə düşünürsünüz?

   - Bu, tam köhnəlmiş, yanlış mühafizəkar bir mülahizədir. Məgər bir vaxtlar ənənəvi rəssamlıq əsərlərini yaratmaqda fırça-qələm, yağlı boya, bu işi yüngülləşdirmək üçün rəssama yardım edən bir alət, bir vasitə, bir material olmamışdırmı? Lap ibtidai dövrün rəssamları belə əsərlərini əl barmaqları ilə çəkməmiş, bundan ötrü müxtəlif alətlərə müraciət etmişlər.

   Gələcəyin rəssamlıq əsərləri boyasız, fırçasız, qələmsiz, məhz kompyuter vasitəsi ilə ərsəyə gətiriləcək. Gələcəkdə ərsəyə gətirilmiş neominiatür əsərlər hotelləri, ofisləri, mənzil, muzey, kafe-restoranların divarlarını bəzəyəcək hər kəsdə, o cümlədən turistlərdə xoş təəssürat oyadacaq.

  

   Rəngli musiqi

  

   - Səhv eləmirəmsə, mədəniyyət tarixindərəngli musiqiideyası müxtəlif zamanlarda ortaya çıxıb bu sahədə uğurlar da əldə olunub. İstərdim, bu barədə fikirlərinizi bizimlə bölüşəsiniz.

   - XX yüzilliyin əvvəllərində belə bir fikir ortaya çıxmışdı ki, oktavanın 7 səsi, 7 notun müxtəlif ardıcıllıqla səslənməsindən, onların uyarlığından bir avaz, bir musiqi əsəri meydana gəldiyi halda, niyə musiqidə olduğu kimi, spektrin 7 rəng, 7 boyasından onların rəng uyarlığından, yaxud ritmindənrənglərin musiqisi”ni yaratmaq mümkün olmasın? Hələ keçmiş dövrlərdən bilirik ki, oktavadakı 7 səs-notun hər biri, rəmzi olaraq spektrdəki 7 rəngdən birinəboyanır”, yəni hər səs-not bir rəngin daşıyıcısıdır. Zaman keçdikcərəngli musiqiideyasının tərəfdarları get-gedə artmağa başladı. 1909-1910-cu illərdə tananmış rus bəstəkarı A.N.SkryabinPrometeyadlı bir simfoniya yazıb, onun partiturasınarəngli işıqlar klaviaturasıəlavə etdi. Bu simfoniya 1915-ci ildə Nyu-Yorkda, 1916-cı ildə London Moskvada səsləndirildi. Rəngli işıqlarla müşayiət edilən həmin simfoniyanın ifası zamanı orkestrin özü səhnənin arxasında asılmış pərdə musiqinin ruhuna müvafiq gah qırmızı, sarı, yaşıl, gah da qarışıq rənglərə qərq olunurmuş. Həminrəngli musiqiideyasının təsiri altına düşmüş o dövrün rəssamları öz axtarışlarınırənglərin avazı”, yaxudrəng oyunu” (oyunun rəqsi) adlandırmışlar.

   Əslinə qalarsa, sonralar meydana gələnabstraksionizm-mücərrədçilikcərəyanının müddəalarırəngli musiqinəzəriyyəsinin ehkamlarına arxalanır. Elə həmin nəzəriyyənin təsiri altında Litva bəstəkarı rəssamı M.Çürlyonis musiqi tərzində rəsmlər çəkib onları “Sonata”, “Prelyudiya”, “Fuqa s. musiqi anlayışları ilə adlandırmışdır. Eyni zamanda Qərb bəstəkarları Şönberq, Stravinski başqalarırəngli musiqitərzində bəstələdikləri musiqilər böyük səs-küyə səbəb olmuşdur. Ümumilikdə isərəngli musiqi”nin kökləri lap qədimlərə gedib çıxır. Bu bardəNeominiatür sorağındakitabımda ətraflı məlumat vermişəm.

   - Elçin müəllim, belə demək mümkündürmü ki, dünya qloballaşdıqca hər şeyminiatürləşir”.

   - Əgər müşahidə edirsinizsə indiki musiqi sənətində artıq irihəcmli simfoniyalar, simfonik muğamlar, opera balet əsərləri o qədər bəstələnmir, rəssamlar artıq nəhəng tablolar üzərində işləmir, ədəbiyyatda epos, roman poemalara o qədər həvəs göstərilmir. Hər şeyminiatürləşib”, televiziya ekranı ölçülərinə çatdırılır. Televiziya ekranlarının ölçüləri isə öz növbəsində get-gedə böyüməkdədir. Bu gün kiçik bir mahnı klipə çəkilib, disk albomuna çevrildiyi kimi, rəssamların da əsərləri kiçilməkdədir. Müasir neominiatür bəstələr ərsəyə gətirilən zaman bu cəhətlər mütləq nəzərə alınmalıdır.

  

   * * *

 

   Hazırkı neominiatür bəstələri ola bilsin ki, ilk nəzərdə hərfi mənada ənənəvi miniatür rəsmlərindən bir qədər uzaq fərqli görünürlər. Bununla belə bu əsərlərdə klassik miniatür milli tətbiqi sənətimizin ab-havası, struktur xüsusiyyətləri, həmin sənətlərə xas olan xüsusi rənglər uyarlığı qorunub saxlanaraq onlara digərlərindən tam fərqli bir milli ruh aşılayır. Vaxtı ilə yalnız milli mövzulara müraciət etdiyi üçünnasionalist”, “formalist”, “abstraksionistdamğası ilə rəssamı ittiham edənlər artıq unudulmuşlar, daima sənət axtarışında olan rəssam Elçin Muxtar Elxanın əsərləri isə milliliyi müasirliyi ilə insanları heyrətləndirməkdə sevindirməkdədir.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 7.