ElçininŞekspiri

 

   Çox müasir bir əsər, çox diri bir tamaşa

  

   Teatr... O, tək elə əsərləri, dram-tamaşaları yox, dövrləri, dövranları, özünü özünə qarşı artıb-azalan sevgi, qədir-qiymət situasiyalarını, maraq macəralarını da oynayır. Kainatda bəşərin təkhakimiyyətliliyindən tutmuş, dünyada cəmiyyətlərin minbir ayın-oyunlarınadək - hər şeyi, hər vaqeəni oynayır.

  

   İnsanların “beş-daş”, “evcik-evcik”, “aşıq-aşıq” kimi sələflik oyunlarının xələflik davamı adlandırılası “kasıb-kusub”, “varlı-hallı” qədimliklərini, “daça-maça” yeniliklərini, “kübar-nübar”, “moda-morda” ədalarını da. Əsrlərin, illərin dialektikasını, dillərin ləhcə-şivə dialektlərini də...

   Bəs necə, bəsirət gözlü, aydın üzlü, ziya sözlü vəfalı mütaliəçi sirdaşım, oxucu qardaşım!

   Bəs sən nə bilmişdin, kef işini qaymağa, nəf vərdişini soymağa, “ağıl dişini quymağa proqramlaşdırıb, bütün ömrü uzunu gözünü tele-ekranların yalnız şou-mou proqramlarına zilləyən statistik tamaşaçım!

   Ağzınızda “teatr!” deyirsiz. Babalarımızın “teatro”, atalarımızın “tiyatır” dediyi Teatr!

   Mətləb-məramımızın “təbiət təsviri”nə dair bu qədər. Keçək “cari məsələ”yə. Özüxeyli dərəcədə real, bir qədər irreal, bir az da fantasmaqorik-yumoristik “Şekspir”ə rəğmən, bir balaca “dodaqqaçdı” üslubunda verdiyim “giriş”dən fərqli olaraq -

  

   Tam ciddi aspektdə

  

   Məsələ doğrudan da ciddidir; bu yaşında bir neçə nəslin diqqətini və paralel olaraq, onların mənəvi-irfani problemlərinin zəhmətini çəkmiş görkəmli yazıçı ElçinŞekspir” adlı bir pyes yazır və bu tamaşa siyasi-ictimai, qlobal-kriminal hadisələrlə zəngin dünyamızda kültüral hadisəyə çevrilir. İlk dəfə Azərbaycanda (“Üns” Yaradıcılıq Səhnəsində) tamaşaya qoyulanŞekspirxarici ölkə səhnələrinin də diqqətini çəkir ki, onların da səviyyə dərəcələrinə işarə kimi, tək elə MoskvaLondon teatrlarını göstərmək kifayət edər - zənnindəyəm.

   Sonra bizim Akademik Milli Dram TeatrıTeatr. Çexov. Yalta” Beynəlxalq Teatr Festivalına yollanır. Yaltanın növbəti, Krım Tatar Akademik Musiqili Dram Teatrının isə doğma qonağı olan ana teatrımız kökəncə simsarımız olan o kollektivin timsalında paytaxtımıza dəvət ediləsi doğma bir həmkar görür. Mədəniyyət Turizm Nazirliyinin bünövrəsini qoyduğumədəniyyətlərarası dialoqlayihəsi çərçivəsində öz səhnəsində, belə demək mümkünsə, bir truppamonoloq”una nail olur. Belə ki, adıçəkilən teatrı Bakıya - qastrola dəvət edir bu da -  

 

   Tamaşa bir tamaşa!

  

   2011-ci il, 20 dekabr, saat 19.00. Salon dolu. İki-üç boş yerdə isə... ötən əsrin əvvəlindəKaspiqəzetinin: “O, kimdir? O, bütöv bir millətdir!” deyə qiymətləndirdiyi İsmayıl bəy Qaspıralının, qiymətlərini yaxşı bildiyimiz Əli bəy Hüseynzadənin Əhməd bəy Ağaoğlunun ruhları...

   Tədbir-tamaşanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov açır. Yaradıcı kollektivininşəxsi”, xalqımızın ümumi qonaqlarını - özəl bir hiss-həyəcan, dərin bir məhəbbətlə - bir-bir təqdim edir. Özlərinin fəxri sənət qardaşları, millətimizin can-qan arkadaşları haqda isti, fəxarət dolu bir nitq söyləyir. Belə geniş yaradıcılıq meridianları, əlaqələr imkanı yaratdığı üçün mədəniyyət turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını, qonaq teatrın bədii rəhbəri direktoru, quruluşçu rejissoru rəssamı - Ukraynanın Əməkdar incəsənət xadimləri Bilal Bilalova, Rinat Bektaşevə, GUAM xəttilə Bakıda tamaşalar hazırlamaq üçün Gürcüstan Moldovadan gəlmiş rejissorlara - Levan Tsuladze Petru Vutkareuya böyük sənət naminə uzun yollar gəldiklərinə görə təşəkkürünü bildirir.

  

   Pərdə”siz, “şəkil”siz vaqeələr

  

   Pərdə necə açılmalıydı ki, iştirakçıların hamısı parterdə - bizim ara-bərələrimizdə imişlər. Rejissorun bu traktovkası, təbii ki, müəllifin dramatikasından doğulub: yəni, bu an səhnəyə çıxacaqruhietiketli, “psixepitetliqəhrəman”lar elə bizim içimizdən çıxanlardır ki!..

   Bəri başdan bunu da deyim ki, rus dilini çox gözəl bilə-bilə, tamaşa öncəsi nitqlərini bütövlükdə tamaşanı öz ana dillərində bəyan edənlərin bəzi sözlərini başa düşə bilməsək , bu sənət-səhnəruhi”lərilə salondakıların ruhları arasında çox sevgili, anlamlı bir duallıq yaşanırdı. Nədən ki, bu dilin dədə-baba kökü, etnos soyu bizə yaxın, tamaşanın rejissoru, yaradıcı heyəti əmiuşaqları, müəllif isə büsbütün özümüzünkü!

   Bəli, klassik Şekspir əbədi ədəbi dünyayaOlum, ya ölüm?!” dilemması ilə xitab edirdisə, müasir ElçinŞekspir”liyə “Kim daha zəngindir?” psixo-təhqiqatıyla ekskurs edir.

   Sonuncu sual həm real səslənir, həm ruhsal. Açması bir qədər uzun-füzun olsa da, mənası son dərəcə konkretdir: sağlam (?) cəmiyyətin rəyi müəllifin bədii-dramaturji təxəyyülgöndəriş”ləri ilə ruhi-əsəb klinikasına yığılmış insanlar, yoxsa, heç vaxt, heç zaman unudulmayasıları - saflığı, əqidəliliyi, sədaqəti, məhəbbəti unudub, “beş arşın”dan savay heç aparılmayası bu dünya matahlarından bərk-bərk yapışıb-“yaşayan”lar?

   Bu bundan az maraqlı olmayan digər sosial-psixoloji nüansları gərəyincə əks etdirmək üçün, məncə, yalnız dramaturqluq yetərli deyil. Bununçün yazıçı-dramaturq, hətta, şair-şairanəlik damarına da malik olmaq gərəkdir ki, hələ, sadəcə, “gənc yazıçı” “titul”luğu dövründəKür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası bəs nöşün yoxdur?!” kimi tipajlar ustası, Xalq yazıçısı erasında bitkin obrazlar ustadı, “Dram-teatrımızın epoxasıadlandırılan atası İlyas Əfədiyevin nəsr dram varisi, gənc yazarların hamisi Elçin bütün bu kompleksallığın daşıyıcısıdır.

   Öz əsrindəKremlqəsrində oturub, uşaq vaxtı təsadüfən tanış olduğu - “bütün dünyanı güldürən Çarli Çaplin”in əksinə olaraq, bütün dünyanı ağladan İosif Stalin (Əşrəf Yaqyayev) bu əsərdə, sözün həqiqi mənasında, çox gülməli ağlamalı vəziyyətə salınıb. İctimai rəydə çoxçətin”, humanist missiya görəvlisi kimi xatırlanan ruhi-əsəb xəstəxanası personalları - Baş həkim (Refat Seyid-Ablayev), Drob-13 (Eldar Cəlilov), (Gülnar Sefedina), Sanitar (Dilavər Səttarov) öz «aqillik» cahillik cəhrələrilə dünyanın çeşid-çeşid əyriliklərini əyirirlər. Bu mənəvi qaranlıq, məşəqqətli zülmət içərisində künclərə, “ofsayt”lara sıxışdırılmalarından bezməyən Sara Bernar (Lemara Cəlilova), Marslı (Marlen Osmanov) Ər-arvad (Fatma Asanova-Abdullayeva) isə öz işıqsaçmalarında, aşiqolmalarında!.. Elə tez-tez səslənən alqışlar da bu işıqlıqlara, aşiqliklərə, “ayaq tutsa da, yeriməz”liklərə, “ qədər nazilsə - üzülməz”liklərə dair idi. Amma deyim ki, yaxşı, canlı ifa edildiyinə görə, «pis»lərə, “pis”liklərə əl çalınırdı sonda saysız çiçək qomları, gül dəstələri buantaqon”lara paritet əsasda təqdim edildi...

   Gözəl oyun səhnədəkilərin doğrudan da Krım Muxtar Vilayətinin Əməkdar artisti, isti reaksiya isə salondakıların əsl qonaqsevər xalq olduğunu da nümayiş etdirdi.

  

   qaldı?..

  

   Baxmaqdan savayı - gözəyox, olanı, görünəni təsvir etməkdən başqa - sözə...

   Quru təsvirçilikdən özgə, vəsfçilikdən alayı - obrazlı təsəvvürçülük, yazılı təsəvvüfçülük var, axı. Məsələn, niyə bir vaxtlar bizimpropiska”çılarımız beş-on rubl artıq verən qonşularımızı yox, bu gizlisevda”dan beş-üç manat kəsən qohumlarımızı qeydə alıb qaqauzları, tatarlarıbakılıetmirdilər ki, bu vaxtlar da bu boyda paytaxtımızdan bir salonluq tatar-tamaşaçı anşlaqı yaranaydı?

   Misalən, üçün bizim retro-tamaşaçılarımız o vaxtlar Rusiyadan, Ukraynadan, Belarusdan, hətta, “həyalıHayastandan gələn teatrları tam gurultulu, tam sürəkli alqışlarla qarşılayırdılar, indikilər isəqan-qardaş”stanımızdan buyurmuşları natamam sürəkli, pıçıltıvari gurultulu?..

   Timsalən, nədən öz qınlarını - teatrları bəyənməyən bəzi “tale”-telekanallarımız öz sələfi ilə gözəgörünən, lakin sözə gəlməyən rəqabətdə naxələflik edir, hələ proletar zövqə işləyib ucareytinquğurları qazanmaqla, elitar zövqdə tam puça çıxdıqlarının fərqinə varmırlar?

   Atalar üçdən deyib”sə , birini söyləmək arzusundayıq: “Futbol Şekspiri üstələdi”sə , sənşüşəsəhnələrə bac vermə, sənət qaraçuxamız - «parter»li, «loja», «yarus», «amfitiatr» digər rəngarəngliklərlə dolu doğal Səhnəmiz, dədə Teatrımız!..

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 6.