Kitabxanada yubiley tədbirləri
keçirilib
Səbail
rayon MKS-in 1 saylı filialı (M.Ə.Sabir adına Mərkəzi
Kitabxana) Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti
ilə tədbir keçirib.
Tədbiri şair İlyas
Tapdıq açaraq dahi mütəfəkkirin həyat və yaradıcılığı
haqqında məlumat verib. Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları
Nizaminin söz və hikmət dünyasından
danışıblar. Tədbirdə şairin əsərlərindən
parçalar səsləndirilib.
Kitabxanada dekabrın 23-də
keçirilən növbəti tədbir Azərbaycanda
kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun
80 illik yubileyinə həsr olunub. Tədbirdə alimin yetirmələri,
həmçinin şair İlyas Tapdıq, filoloq alim Firudin
Qurbansoy və başqaları çıxış edərək,
yubilyarın Azərbaycan kitabxanaşünaslıq elmindəki
xidmətlərindən danışıblar. Sonda A.Xələfov
çıxış edərək, yubileyinin kitabxanada qeyd
edilməsinə görə təşəkkürünü
bildirib.
Dekabrın 24-də isə
kitabxanada görkəmli Xalq yazıçısı Mirzə
İbrahimovun 100 illik yubileyi münasibətilə tədbir və
sərgi olub. Şair Musa Yaqub görkəmli ədibin
yaradıcılığı haqqında danışıb.
Daha sonra AMEA-nın Cənubi Azərbaycan şöbəsinin
baş aparıcı elmi işçisi Sabir Nəbioğlu,
kitabxananın müdiri Gülşən Abbasova və
başqaları çıxış ediblər.
Gülər
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 12.