Rəqqasənin taleyi

 

   Onun həyatı filmə bənzəyir: uğursuz başlanğıc, gözlənilməz şöhrət və xoşbəxt sonluq...

  

   Milli rəqslərimizin mahir ifaçısı, Əməkdar artist Aliyə Ramazanovanın bu il 70 yaşı tamam olsa da, zərif, bənzərsiz sənəti ilə hələ də tamaşaçıları heyran etməkdədir.

  

   ...Bir azdan çəkiliş başlayacaq. Aliyə xanım növbəti televiziya çəkilişinə hazırlaşır. Fürsətdən istifadə edib onunla söhbət edirik. Deyir ki, bir az rəssamlığım da var, paltarlarımın eskizlərini adətən özüm çəkərdim. İndiyədək 70-ə yaxın milli geyimim olub. Ən uzunömürlü rəqs paltarımın yaşı isə yarım əsri çoxdan keçib...

  

   Həyat qaydasız - demək, amansız oyundur. Aliyə gözünü dünyaya açanda II Dünya müharibəsi başlamışdı. Müharibənin dalğaları əvvəlcə atasını, sonra anasını əlindən aldı. Üç bacı taleyin ümidinə qaldı. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətirdilər. Bacılarından da belə ayrı düşdü. Ancaq xeyirxah insanlar sevgisini, nəvazişini ondan əsirgəmədi. Uşaq evinin müdirəsi Bahar Ağalarova o ağır illərdə kimsəsiz uşaqlara dayaq oldu.

   Üstündən uzun illər keçsə də, Aliyə xanım o günləri belə xatırlayır: “Yeddinci sinfə kimi uşaq evində qaldım. O vaxta kimi bu gözəl qadının əsl adını bilmirdim, yalnız “Anacan” kimi tanıyırdım”.

  

   “Mən rəqs edəcəyəm”

  

   - Uşaq evində gözəl rəqs otağımız vardı, otağın bir küncündə iri royal qoyulmuşdu. Bu otaq mənim xoşuma gəlirdi. Orada oturub royal çalmağı və rəqs etməyi çox sevirdim. Müəllimlərim məni “itirəndə” həmişə rəqs otağında tapardılar...

  

   İllər keçdikcə Aliyə böyüyür, böyüdükcə bacıları haqqında fikirləşir, onları görmək üçün Allaha dua edir. Soyuq bir qış gecəsində onun həsrətinə son qoyulur. Qəbələ (o vaxtkı Qutqaşen) rayonundan uşaq evinə 10 nəfərə yaxın 12-13 yaşında qız gətirirlər. Aliyə bu qızlardan biri ilə tanış olur. Bir müddətdən sonra həmin qız rayondakı rəfiqələrinə məktub yazarkən Aliyə təsadüfən bacısının adına - Abidə adına rast gəlir. Bu qızın kim olduğunu soruşur. Qız Abidə haqqında danışır və məlum olur ki, o qız Aliyənin bacısıdır və necə illərdir ki, onu axtarır...

   “Uzun sürən ayrılığa baxmayaraq mən bacımın şəklini tanıdım. O, məndən bir neçə yaş böyük idi, həmişə də qayğıma qalmışdı”.

   “Anacan” Aliyənin bacısını uşaq evinə gətirdir. “O gündən mən bacımdan ayrı düşmədim, həyat məni hara aparırdı, onu da özümlə birlikdə aparırdım... Ancaq o biri bacım o ağır illərdə dünyasını dəyişmişdi”.

   7-ci sinifdən sonra Aliyə bacısı ilə 5 saylı sənət məktəbində daxil olur, orada həm orta təhsil alır, həm də nəşriyyat üzrə mütəxəssis ixtisasına yiyələnir. Aliyə məktəbdə həmçinin rəqs dərnəyində fəaliyyət göstərir.

   - Üç il Ehtiyat Əmək Qüvvələrinin rəqs dərnəyinin üzvü oldum. 1958-ci ildə respublika üzrə rəqs kollektivləri arasında müsabiqələr keçirilirdi. Xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev bizim rəqs kollektivimizə baxmağa gəlmişdilər. Bizim çıxışımıza baxandan sonra Əminə xanım məni xeyli təriflədi, Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə dəvət etdi və fikrimi soruşdu. Fikirləşmək nədir, az qala göylərdə uçurdum...

   1958-ci il iyunun 15-də Əminə Dilbazi məni Filarmoniyanın direktoru, görkəmli incəsənət xadimi Soltan Hacıbəyovun yanına apardı. Haqqımda bir qədər söhbət etdilər. Soltan müəllim ərizəmə qol çəkib dedi: “Qızım bu gündən sən bizim balaca “artistkamızsan”, sənə müvəffəqiyyətlər arzu edirəm”.

   O gündən 16 yaşlı Aliyənin böyük səhnə həyatı başlayır, düz 25 il fasiləsiz Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının gözəl, istedadlı rəqs mələyi kimi böyük səhnələrdə milli rəqslərimizi sevə-sevə, böyük şövq və məhəbbətlə ifa edir.

   Aliyə xanımın birinci qastrol səfəri Çin Xalq Respublikasına olur. Sonralar dünyanın yarıdan çox ölkəsini gəzsə də, ilk səfərin həyəcanı hələ də onu tərk etməyib:

   - Rəqslər Əminə Dilbazi və Əlibaba Abdullayev tərəfindən qurulmuşdu. Hədsiz dərəcədə gözəl milli rəqslər idi. “Neftçilər süitası”, “Vətən süitası”, “Tirmə şal”, “Turacı”, “Nəlbəki”, “Nazlana-nazlana”, “Hind rəqsi”, “Üç gül”, “Naz eləmə”, “Vağzalı-Mirzeyi” və neçə-neçə gözəl rəqslər. Səfər üçün təzə milli kostyumlar da tikilmişdi. Milli kostyumların eskizini hamımızın sevimlisi, milli geyimlər üzrə rəssam Reyhan Topçubaşova çəkirdi. Kostyumlarda həm rəqsin mənası, həm də milli xarakter saxlanılırdı.

   İllər keçdikcə Aliyə Ramazanova ansamblın ən tanınmış solistlərindən biri kimi şöhrət tapır. Çindən başlayaraq Misir, Danimarka, Almaniya, Macarıstan, İtaliya, İspaniyayadək bir çox ölkələrdə milli rəqslərimizi təbliğ edir.

  

   Böyük səhnələr, alqışlar, güllər...

  

   ...O bir sənətkar kimi bu sevinci uzun illər yaşayır. 1982-ci ildəƏməkdar artist” fəxri adına layiq görülür. Rəqs aləmində 20-22 ildən sonra səhnəni tərk etməlisən. Aliyə xanım 25 ildən sonra səhnəni tərk eləsə , onun yeni sənət ömrü başlayır.Şəhriyaradına mədəniyyət mərkəzindəZəriflikrəqs qrupunu təşkil edir, istedadlı uşaqları qrupa cəlb edir.

   - Rəqs sənətinin bütün sirlərini onlara öyrətdim. “Azərbaycan elləri”, “Yallı”, “Azərbaycan toyu”, “Zəriflik”, “Güllər”, “Tərəkəmə”, “Dəsmalı”, “İnnabı”, “Sarı gəlinrəqslərini uşaqlara sevdirdim. Onların xarici ölkələrə qastrol səfərinə getmələrinə nail oldum.

   Aliyə xanımın fəaliyyəti bununla yekunlaşmır. O, Azərbaycan Dövlət UniversitetindəSevincmilli rəqs qrupunu yaradır 10 il bu qrupun rəhbəri olur. Eyni zamanda Əbilov adına Mədəniyyət EvindəÇiçəkqızlar ansamblına rəhbərlik edir. HazırdaMuğamTeatrında sənətinin sirlərini gənc nəslə öyrədir.

   Aliyə Ramazanovanın ustad sənətkar kimi özünün qurduğu rəqslər var.

   - “Zəriflikrəqsini özüm qurmuşam. “Ay ləli yarrəqsi mənim rəqsimdir. Uşaqlar üçün isəGüllərrəqsini qurmuşam. Belə rəqslərim çoxdur. İndi hamısını xatırlaya bilmirəm.

   Aliyə xanımın milli rəqslərimizlə bağlı dəyərli fikirlərini eşitmək istədik:

   - Azərbaycan milli rəqsləri öz mövzusuna görə müxtəlifdir. Xalq arasında geniş yayılmışVağzalı-Mirzeyi”, “İnnabı”, “Turacı”, “Nazlana-nazlana”, “Tirmə şal”, “Dağlar gözəli”, “Qara göz”, “Qara tellər s. rəqslər toylarda, bayramlarda, şənliklərdə ifa olunur. Bu rəqslər qadın rəqqasələr tərəfindən ifa olunur.

   Kişi rəqqasların ifa etdikləriQazağı”, “Nuxa rəqsi”, “Gənclik rəqsi”, “Çobanlar rəqsiisə daha çevik şux olur.

   Xalqımızın ən tanınmış rəqslərindən biri kütləvi rəqslərdir. Kütləvi rəqslərə hər rayonun özünəməxsusYallı”sı, qəhrəmanlığı tərənnüm edənCəngavərlərrəqsi, idmana daha yaxın olanZorxanarəqsi, dəstə ilə ifa edilənCəngi başqa rəqslər daxildir.

   El içində çox yayılmış rəqslərdən biri məzəli rəqslərdir. Məzəli hadisə”, “Dostlar”, “Ovçularbelə rəqslərdəndir.

   Azərbaycan milli rəqslərindən biri görkəmli bəstəkarlarımız tərəfindən bəstələnən süitalardır. Süitalar gözəl musiqi nömrələrinə qurulan bir neçə hissəli rəqslərdən ibarətdir. Səid RüstəmovunAzərbaycan süitası”, Cahangir CahangirovunVətən”, “Bahar gəlir”, Qılman SalahovunNeftçilər”, Vasif AdıgözəlovunŞadlıq”, Hacı XanməmmədovunZəhmət" süitaları uzun illər səhnəmizi bəzəyib.

   Aliyə xanım deyir ki, hər gülün öz ətri olduğu kimi hər rəqsin öz gözəlliyi var. Mənim şah əsərimVağzalı-Mirzeyi”dir. Bu rəqsi uzun illər sevə-sevə ifa etmişəm.

   Aliyə Ramazanova yaxşılığı unutmayan insandır. Əminə Dilbazini sənət müəllimi sayan rəqqasə bu gün ustadından ürək dolusu danışır: “Rəqs kraliçamız Əminə xanım Dilbazi biz rəqqasələrin həm müəllimi, həm anası, həm bacısı idi. Onun sənətə olan sevgisi hamımız üçün nümunədir”.

   Xalq artisti Əminə Dilbazi isə Aliyə xanım haqqında belə yazırdı: “Günlərin bir günü yolumuzQara şəhər”dəki məktəblərdən birinə düşdü. Mən orada zahiri cazibəsi, gözəl ifası ilə diqqətmi cəlb edən Aliyə Ramazanovanı tapdım Dövlət Mahnı Rəqs Ansamblına dəvət etdim. Biz tələbələri öyrədirdik, Aliyə isə rəqsləri özü öyrənirdi. Aliyənin sirri ondadır ki, o sənətə, rəqsə vurğundur.

   Aliyə xanım həm canlara dəyən, səmimi, dar günün dostudur. Onun sənətkarlığı ilə yanaşı, dostluğunu da yüksək qiymətləndirirəm. Mən Aliyəni özümə dost sayıram”.

   Ömrünü sənətə oğluna həsr edən Aliyə xanım dəyərli bir övlad böyüdüb. Oğlu Bəxtiyar Ramazanov yüksək ixtisaslı neft mühəndisidir. Nəvələri isə nənələri ilə fəxr edir.

 

   Çəkilişin vaxtı çatır. Səhnə onu gözləyir...

 

   ...Rejissorun üzü günəş kimi işıq saçır. Bir görəydiniz ki, Aliyə xanımSarı gəlin”i necə rəqs elədi?! Əladan da, əla!” - deyir.

   Aliyə xanım o xoşbəxt sənətkarlardandır ki, sənətin, səhnənin cazibəsi bu gün onu tərk etməyib: “Mən səhnədə olmasaydım bəlkə indi dünyada yox idim. Məni yaşadan səhnənin cazibəsi, səhnə sevgisi, səhnə gözəlliyi olub. Şadam ki, həyatım səhnədə sevinclərlə, güllərlə, uğurlarla keçib...”

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 11.