Milli Dram Teatrında “Qadın məhəbbəti”
Teatr ilin son premyerasını keçirdi
Akademik Milli Dram Teatrı 2011-ci ilin son premyerasını keçirdi.
Dekabrın 24-də və
25-də teatrda Viktor Hüqonun
«Mariya Tüdor» pyesi əsasında hazırlanan «Qadın məhəbbəti» adlı
yeni tamaşa nümayiş olundu.
Mehdi Məmmədovun tərcüməsi
əsasında hazırlanan
tamaşa 60-cı illərdə
də teatrın səhnəsində oynanılıb.
O vaxtlar görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi
«Mariya Tüdor» tamaşasında əsas rolu -
Kraliçanı Xalq artisti Hökümə Qurbanova ifa
etmişdi.
İllər sonra
yenidən səhnə həyatı qazanan tamaşanın
rejissoru Gümrah Ömərdir. Qeyd edək
ki, G.Ömər Gəncə Dövlət Dram Teatrında
baş rejissor işləyir. Milli Dram
Teatrına bu tamaşanı hazırlamaq üçün dəvət
olunmuşdu. Səhnə əsərinin
quruluşçu rəssamı Rasim Bəykişiyev, musiqi tərtibatçısı
Həmid Kazımzadə, rejissor assistenti Ceyran Həsənovadır.
«Qadın məhəbbəti»ndə
baş rolu (Kraliça) Xalq artisti Məleykə Əsədova,
digər rolları - Xalq artisti Hacı İsmayılov (Zindan rəisi),
əməkdar artistlər Cəfər Namiq Kamal (Vali), Sabir Məmmədov
(Fəhlə), Kazım Həsənquliyev (Fəhlə),
Ayşad Məmmədov (Yəhudi), Əjdər Həmidov (Yəhudi),
Elxan Quliyev (Zindan rəisi), Telman Əliyev (Kansler), aktyorlar
Elşən Rüstəmov (Məşuq), Hikmət Rəhimov
(Məşuq), Şəlalə Şahvələdqızı
(Qız), İlahə Həsənova (Qız), Vüsal
Mustafayev (Cəllad) ifa edirlər. Tamaşanın
süjeti və əsas hadisələr Kraliça (Mariya
Tüdor) üzərində qurulub. Kraliça
öz sevgilisinin ona xəyanət etməsindən şübhələnir
və ondan qisas almaq üçün tələ qurur. Xəyanətə əmin olduqdan sonra isə onun
haqqında ölüm hökmü verir. Sonda
bunun ədalətsizlik olduğunu anlayanda isə artıq gec
olur. Tamaşanın birinci hissəsində
hadisələr, ikinci hissəsində isə qadın məhəbbəti
tamaşaçılara təqdim olunur.
Gülər
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 10.