Qloballaşma prosesində miniatür sənətinin qorunması

 

   Çağımızın ən aktual problemlərindən olan, əslində isə tarix boyu zaman-zaman müxtəlif formalarda təzahür etmiş qloballaşma prosesinin müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri var. Bu, bir tərəfdən bütün dünyada milli mədəniyyətlərin təbliğinə imkan yaradırsa, digər yandan onların milliliyini sıxışdırıb aradan çıxara bilər. Ona görə mədəni inteqrasiya qloballaşma prosesinin mənfi təzahürlərindən qorunmaq üçün hər bir xalq öz milli kökləri, adət-ənənəsi, mədəniyyətini yaşatmağı bacarmalıdır.

 

  

   Bu baxımdan məxsusi diqqətə ehtiyac olan sahələr sırasında bədii yaradıcılığın milli köklərə dayanan növü olan miniatür sənəti xüsusilə qeyd olunmalıdır. Ən erkən nümunələrinə III əsrdə Sasanilər zamanında yaşamış Mani adlı sənətkarın kitabında rast gəlinən miniatür sənəti müsəlman Şərqi xalqlarının yaradıcılığının ən parlaq orijinal məhsuludur. Milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuş miniatür sənətinin qədim tarixi zəngin ənənələri var. Azərbaycan miniatür sənətinin hələlik məlum olan ən qədim nümunələri - “Vərqa Gülşa” (XIII əsrin əvvəli), “Mənafi əl-heyvan” (1298), “Cami ət-təvarix” (1308, 1314) şərqdə yeni bir məktəbin yarandığını təsdiq edir.

   Zamanında üslub kimi geniş yayılan, orta əsrlərdə isə həm kitabla bağlı olub, əsasən illüstrasiya kimi formalaşan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə, onun təsiri nəticəsində yaranıb inkişaf edərək XIII-XVI əsrlərdə özünün çiçəklənmə dövrünə qədəm qoyub. XVI əsrin ortalarında inkişaf zirvəsinə çatan miniatür sənəti sahəsində Təbrizdə I Şah İsmayıl saray kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlar Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Dust Məhəmməd kimi Şərqin görkəmli sənətkarları fəaliyyət göstərirdilər. XIX əsrdə Əvəzəli Muğanlı, Mirzə Əliqulu, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Nəcəfqulu Şamaxılı kimi rəssamlar miniatür sənəti nümunələri yaratmışlar.

   XX əsrin əvvəllərində bu sənət Qəzənfər Xalıqov, Salam Salamzadə kimi rəssamların da əsərlərində öz əksini tapmışdır. Lakin sovet rejimində sosialist realizminin hökm sürməsi rəssamlar üçün ciddi maneələrə səbəb olur. XX əsrin axırlarından isə rəssamlar miniatür sənətindən çıxış edərək yeni üslubda əsərlər yaratmağa cəhd etsələr , bu ancaq təkrarçılıqla nəticələnir. Sonrakı illərdə miniatür sənəti sahəsində müəyyən inkişaf meylləri özünü "Peykər" yaradıcılıq qrupunun (Elçin Aslanov, Ədalət Bayramov, Məzahir Avşar) fəaliyyətində (1987-1991) göstərir.

   Azərbaycan müstəqillik əldə edəndən sonra miniatür sənəti ənənələri bir çox yaşlı, orta gənc nəslin nümayəndələrinin yaradıcılığında geniş şəkildə yer almağa başlayır. Hazırda xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov, Rafis İsmayılov, Əməkdar rəssam Nüsrət Hacıyev, gənc rəssam Orxan Hüseynov, Aytən Şirzadova başqaları miniatür sənəti ənənələrinə müraciət edərək nəfis sənət əsərləri yaradır bu sənətin yaşadılmasına dair əllərindən gələni əsirgəmirlər.

   Son illər Azərbaycan qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması təbliği yeni mərhələyə qədəm qoyub. Muğam aşıq sənətinin, Novruz bayramının, xalça sənətimizin UNESCO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi, növbəti illərdə şəbəkə incəsənət növünün, bəzi mərasimlərin miniatür sənətinin bu siyahıda yer alacağını düşünməyə əsas verir. Heydər Əliyev Fondunun dəstəyi ilə Yaponiyada (2006), Almaniyada (2008) Arif Orxan Hüseynovların fərdi sərgilərinin keçirilməsi miniatür sənətinin təbliği istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir. 2009-cu ildə Azərbaycan Mədəniyyət Turizm Nazirliyi tərəfindən "Arif Hüseynov-Orxan Hüseynov" adlı kataloq da buraxılmışdır. 2008-ci ildə ölkəmizdə 5 rəssamın (Altay Hacıyev, Rafis İsmayılov, Arif Hüseynov, Nüsrət Hacıyev, Orxan Hüseynov), 2010-cu ildə isə 20 rəssamın əsərlərindən ibarətŞərqdən Şərqəadlı iki sərgi keçirildi. Hər iki sərgidə milli sənətin ənənələri ilə müasirliyin vəhdətindən yaranan qiymətli sənət əsərləri nümayiş olunub geniş kütlə tərəfindən maraqla qarşılanıb.

   2011-ci ilin fevralında mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği inkişafı Proqramının (2011-2014-cü illər) ilkin layihəsinin müzakirəsinin keçirilməsi bu sahənin diqqət mərkəzində olduğunu göstərdi. Bu ilin mayında Rəssamlar İttifaqının kitab qrafikası miniatür sənəti bölməsinin sədri, Xalq rəssamı Arif Hüseynovun bədii rəhbərliyi iləXətai Miniatür Sənəti Qalereyası”nın yaradılması milli sənətimizin qorunması inkişafı yolunda daha bir addım oldu. Qalereyanın açılışında 35 rəssamın 80 əsərinin nümayiş etdirildiyiYeni məkansərgisi maraqla qarşılandı. Mərkəzin yaradılması həm mədəniyyətimizin beynəlxalq arenada tanıdılması ilə yanaşı, mədəni turizmin inkişafına da töhfədir.

 

   Məlumdur ki, vaxtilə Təbrizdə, Qəzvində, Heratda bir sıra şəhərlərdə incəsənət xadimləri bir ənənəyə sadiq qalaraq Şərq incəsənəti bədii üslub xüsusiyyətlərini inkişaf etdirmək məqsədilə məktəblərin yaradılmasına, ənənənin qorunub saxlanılmasına nail olublar. İndiki halda isə belə bir məktəbin ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ayrıca miniatür sənəti şöbəsinin açılıb, orada milli sənətin tədrisi zəruridir. Bu gün bu istiqamətdə kifayət qədər professional rəssamlarımız istedadlı gənclərimiz var. Ümid edirik ki, digər ənənəvi sənətlərimizlə birlikdə müasir miniatür sənəti mədəni irsimizdə layiqli yer alacaq.

  

 

   Dilarə Müzəffərli,

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının

   sənətşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi

 

   Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 15.