Turizm sektorunun təmsilçiləri
ilin uğurlarından danışdılar
2011-ci
il Azərbaycanın turizm təmsilçiləri
üçün nə ilə yadda qaldı? Sektorun
tanınmış nümayəndələri
sualımızı faktlar və rəqəmlərlə
cavablandırdılar.
Turizm təhsilində uğurlar
Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov:
- 2011-ci ilin «Turizm
ili» elan edilməsi Azərbaycanda bu sahənin inkişafına təkan verdi. Hazırda Azərbaycanda
turizm sənayesi yeni mərhələyə
qədəm qoyub.
Bu sənayeni kadrlarla təmin etmək məsuliyyəti isə böyük ölçüdə Turizm
İnstitutunun üzərinə
düşür. İl bizim
üçün yeniliklərlə
yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə
ATİ ilə Avstriyanın
Krems Universiteti arasında magistratura üzrə ikili diplom müqaviləsi imzalandı. İnstitutumuz turizm sahəsində təhsil, treninq və tədqiqat mərkəzi kimi beynəlxalq müstəvidə
qəbul edilməyə
başladı. Məzunlarımız ölkəmizdə yeni açılan beşulduzlu
hotellərdə çalışır.
Bu il həmçinin
ATİ-nin nəzdində
Bakı Turizm Peşə Məktəbi yaradıldı. Hazırda 5 rayonda regional məktəblərin
yaradılmasına başlanılıb.
İlin ən yadda qalan
hadisələrindən biri
də Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifainin ATİ-nin fəxri doktoru olmasıdır.
Digər
tərəfdən isə
institutumuz DTT-nin assosiativ üzvlüyünə
qəbul edildi. ATİ-nin nəzdində
yaradılmış bələdçi
kursunun dinləyicilərinə
sertifikatlar təqdim edildi.
Hesab edirəm ki, il ərzində
görülən tədbirlər
nəticəsində ölkə
turizminin davamlı inkişafı üçün
təməl qoyuldu.
Beynəlxalq əlaqələrimiz
genişlənir
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov:
- Bu il
Bakı Turizm İnformasiya Mərkəzi
üçün bir çox yeniliklərlə
yadda qaldı. BTİM
il ərzində
bir çox beynəlxalq qurumlara üzv oldu. Bunlardan ən yaddaqalanı Dünya Turizm Təşkilatına assosiasiv
üzv qəbul edilməyimizdir. Bundan əlavə,
mərkəzimiz Rusiya
Turizm Sənayesi İttifaqının xarici
üzvlər sırasına
daxil oldu. BTİM-in Rusiya Turizm
Sənayesi İttifaqına
üzv olması Azərbaycanın turizm potensialının daha geniş təbliğinə
imkan yaradır. Bakı Turizm İnformasiya Mərkəzi MDB və yaxın xarici ölkələrdə fəaliyyət
göstərən turizm
informasiya mərkəzləri
ilə beynəlxalq əlaqələrin qurulmasına
dair 10 müqavilə imzalayıb. Bu turizm informasiya mərkəzlərinə mütəmadi
olaraq Azərbaycanın
turizm potensialını
əks etdirən reklam çap materialları göndəririk.
2010-cu ildə
«Millennium» turizm şirkəti
ilə birlikdə
start verdiyimiz «Gündəlik
şəhər turları»
layihəsi bu il də
davam etdirilib. Layihə çərçivəsində 2 mindən çox insana xidmət göstərilib. BTİM-in yeni layihələrindən
biri olan «Bakı şəhərinin
qonaq kartı»nın tətbiq edilməsi ilə bağlı bir çox mehmanxana və restoranlarla müqavilələr imzaladıq.
Hər il olduğu
kimi, bu il də əcnəbi
turistlərə göstərilmiş
xidmətlərin statistikası
və təhlili ilə bağlı araşdırmalar aparmışıq.
Mərkəz Azərbaycan turizminin
təbliği istiqamətində
bundan sonra da yeni layihələr
reallaşdıracaq.
AZTA-nın sıraları genişlənir
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov:
- «Turizm
ili»ndə həyata keçirilən çoxsaylı
tədbirlərin reallaşmasında
Azərbaycan Turizm Assosiasiyasının da rolu böyük olub. İl ərzində Mədəniyyət
və Turizm Nazirliyi ilə Turizm İnstitutu ilə birlikdə Bakı şəhərində,
eləcə də ölkənin müxtəlif
regionlarında rəngarəng
tədbirlər həyata
keçirmişik. ATİ
ilə birgə əməkdaşlıq çərçivəsində
peşə ixtisasları
üzrə müxtəlif
sahələri əhatə
edən kadrların hazırlanmasında xeyli işlər görülüb.
Təşkil edilən kurslarda
ekskursiya bələdçiləri,
turoperatorlar, turagentlər,
mehmanxana inzibatçıları,
restoran mütəxəssisləri
hazırlanıb. AZTA Amerikanın hotel biznesi ilə məşğul olan institutu ilə əməkdaşlıq
sənədi imzalayıb.
Dünya
Turizm Təşkilatına
assosiativ üzvlüyə
qəbul edilib. Bundan əlavə, assosiasiyamıza
yeni üzvlər qəbul edilib. Hazırda 80-ə
yaxın turizm şirkəti və 40-dan çox hotel AZTA-nın üzvüdür. Beynəlxalq sərgilərdə,
Ukraynaya, Özbəkistana
və başqa ölkələrə infoturların
təşkilində yaxından
iştirak etmişik.
Bundan əlavə, Qazaxıstan,
Türkiyə, Gürcüstanın
turizm assosiasiyaları
ilə əməkdaşlıq
haqqında memorandum imzalanıb.
Bu ilin ən
əlamətdar hadisələrindən
biri də AZTA-nın nəzdində Ekskursiya Bələdçilərinin
Mərkəzi Koordinasiya
Şurasının təsis
olunmasıdır. Bu eyni zamanda 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» mahnı yarışmasına
hazırlıq məqsədi
daşıyır. Yeri gəlmişkən,
qeyd edim ki, bu yarışmada
turizm şirkətləri
və hotellərlə
birlikdə turpaketlərin
hazırlanması işi
AZTA-ya həvalə olunub.
2011-ci
il tarixi
ildir
«Millennium» turizm
şirkətinin rəhbəri
Ruslan Quliyev:
- Ölkə başçısı tərəfindən
2011-ci ilin «Turizm ili» elan olunması
bu sahədə aparılan uğurlu siyasətin məntiqi davamı oldu. Əslində 2010-cu ildən
turizm ilinə start verilmişdi. Bu il
çeşidli turizm tədbirlərində, o cümlədən
konfranslarda, sərgilərdə
iştirak sayına görə rekord bir fərq müşahidə
olunub. Bu da
təbii ki, Azərbaycanın turizm məkanı kimi dünyaya açılması
üçün bir vasitədir. 2011-ci ili tarixi il adlandırmaq olar. Çünki bu ildə həyata
keçirilməsinə başlanılan
bütün layihələr
bəlkə də yaxın 3-4 il
ərzində Azərbaycanda
turizmin inkişafını
təmin edəcək.
İl ərzində ölkəmizə
gələn turistlərin
coğrafiyası da genişlənib. Bizim şirkətin
xətti ilə Almaniyadan, Hollandiyadan, Böyük Britaniyadan, MDB
ölkələrindən, İsraildən,
Türkiyədən, İrandan
gələn turistlərin
sayı artıb.
Ötən illə müqayisədə
turist sayında 5 faiz artım olub. «Millennium» şirkəti Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bütün sərgi və konfranslarda yaxından iştirak edib. Bu da
bizim yeni müştəri bazamızın
daha da genişləndirilməsinə
səbəb olub.
Bölgələrdə turizmin
inkişafı
Xaçmaz
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Nazim Ağayev:
- Bu il
Xaçmaz rayonuna gələn turistlərin sayı ötən illərdən fərqli olaraq xeyli artıb.
55 mindən artıq
insan turist kimi rayonumuzu ziyarət edib. Bunun 10 min nəfərə yaxını
xarici ölkələrdən
gələn qonaqlarımızdır.
Statistika
göstərir ki, Xaçmaza gələn xarici turistlərin də sayı ildən-ilə artır.
Bunu «Turizm ili»nin nailiyyəti
kimi qiymətləndirmək
daha doğru olardı. Çünki, məhz ölkə
rəhbərliyinin qayğı
və diqqətinin nəticəsidir ki, ümumən ölkəmizə
gələn turistlərin
sayı artır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 30 dekabr.- S. 9.