Bakıda məşhur bəstəkar
Ferens Listin 200 illik yubileyi qeyd olundu
Yanvarın
31-i Bakı Musiqi Akademiyasında məşhur
macar bəstəkarı
Ferens Listin 200 illiyinə həsr olunmuş konsert gerçəkləşdi.
Bakı şəhər Musiqi
Məktəbləri Direktorları
İttifaqının sədri
Rafiq Əzizovun təşəbbüsü ilə
həyata keçirilən
bu konsertdə Bakı şəhərindən
olan müxtəlif musiqi məktəblərinin
ən layiqli tələbələri çıxış
etdilər.
Rafiq Əzizov bildirdi ki, 2011-ci il
məşhur macar bəstəkarının xatirəsinə
“Ferens List ili” elan olunub. Dünya
musiqi aləmində
ilk olaraq bu tarixi qeyd edənlərdən
biri də Bakı Musiqi Akademiyasıdır: “Biz Bakı
şəhərindəki musiqi
məktəblərinin tələbələrini
dinləyərək ən
layiqlilərini seçmişik.
Qeyd edim ki, Ferens
List kimi məşhur bəstəkarın əsərlərini
yalnız yüksək
məharətə malik,
kifayət qədər
peşəkar pianoçular
ifa edə bilərlər. Bizim məktəblər
artıq o dərəcədə
inkişaf ediblər ki, bu cür
konserti keçirmək
mümkündür”.
Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri cənab Jolt
Çutora iştirak edirdi. O, F. Listin həyatı haqda danışaraq onun əsl dahi olduğunu
dedi: “Ferens List müxtəlif forma və janrlı musiqi inciləri yaradıb. Lakin bu cür dahilik
qarşısında o özündən
həmişə narazı
idi. İntellektual insan olmaqla yanaşı o əsl beynəlmiləl sənətkar
idi. Məncə, onun əsərləri
bir məktəbdir, onlardan musiqi sənətinin incəliklərini
öyrənməklə bərabər
əsl təcrübə
keçmək mümkündür.”
Reyhan
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 7.