Onun sənət həyatı

 

   Xalq artisti Ağakişi Kazımovun yubileyinə həsr olunmuş kitab

  

   Tanınmış yazıçı-publisist Nahid Hacızadənin “Onun sənət həyatı” kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Kitab tanınmış teatr xadimi, Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Ağakişi Kazımovun 75 illlk yubileyinə həsr olunub.

   Kitabda Ağakişi Kazımovun həyat və yaradıcılığı ətraflı araşdırılıb, onun aktyorluq fəaliyyətindən, rəngarəng üslublu ayrı-ayrı teatrlarda quruluş verdiyi 100-dən çox tamaşadan geniş bəhs edilib. Kitabın səhifələrində, həmçinin görkəmli dramaturqların, yazıçıların, sənətşünasların, rejissorların, aktyorların, rəssamların və digər yaradıcı insanların Ağakişi Kazımov haqqında fikir və düşüncələri ilə tanış olmaq mümkündür

 

 

   Mədəniyyət.- 2011.- 2 fevral.- S. 6.