“I am
jazzman” müsabiqəsinə start verilib
Mədəniyyət və Turizm
Nazirliyi və “Jazz dünyası” jurnalı “I
am jazzman” adlı müsabiqə
elan edib. Müsabiqənin qalibləri pul
və diplomla mükafatlandırılmaqla yanaşı,
“Baku Jazz Festival 2011” festivalında da iştirak edə biləcək.
Müsabiqənin məqsədi cazda
yeni adlar aşkarlamaq, gənc nəsildə musiqiyə potensialı gücləndirmək
və onlara dəstək olmaqdır.
“İ am jazzman” müsabiqəsinin münsiflər
heyəti arasında Salman Qəmbərov, Rain Sultanov, Cavan Zeynallı kimi tanınmış caz ustaları olacaq. Müsabiqəyə sənədlərin qəbulu artıq başlanıb və aprelin sonlarında seçim turu keçiriləcək.
Onu da qeyd edək ki, bu
müsabiqə 2005-2006-cı illərdə də uğurla keçirilib və İsfar Sarabski, Aysel Quliyeva, Riad Məmmədov kimi istedadlı gənc caz ifaçılarını
üzə çıxarıb.
Yeganə
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 5.