Gənclər
Gününə həsr
olunmuş tədbirlər
keçirilir
Mədəniyyət
və Turizm Nazirliyinin 2 fevral - Gənclər Gününə
həsr etdiyi «Gəncliyin səsi» adlı silsilə tədbirlər
davam edir.
Gənc Tamaşaçılar
Teatrında «Qurama», «Artmaster» və «Canlı klip»
Yanvarın 31-də Dövlət Gənc Tamaşaçılar
Teatrında gənc rəssamların «Qurama» adlı sərgisi keçirildi. Sərgidə iştirak edən rəssamlar bildirdilər ki, rənglərin harmoniyasını göstərməklə
sərgiyə qonaq olan insanları bu əsərlərdən
estetik zövq almağa dəvət edirlər. Tamaşaçı bu əsərlərə
baxanda rənglərin
ahəngindən xəyallara
dalır. Sərgidə
Anar Hüseynzadə, Emin Əsgərov, Hüseyn Bağırov, Ramina Səadətxan və Ülvi Musayevin əl işləri sərgiləndi.
Bu məkanda
növbəti tədbir
«Artmaster» videoart layihəsinin təqdimatı
oldu. Bu layihədə
rejissor Samir Kərimoğlu, Samir Fərzəlibəyov, Aleksandr
Melnikov, Fərid Yusifoğlu, Natiq Zeynalov, Ağamehdi Ağayev, İlkin Yusifov iştirak edir. Öncə S.Kərimoğlunun Azərbaycanda bu səpkili ilk layihə olan foto-film layihəsi təqdim olundu. Daha sonra digər
layihə iştirakçılarının
ekran işləri təqdim olundu. Azərbaycanda videoartla məşğul
olan insanların azlığından danışan
iştirakçılar bildirdilər
ki, «Artmaster» layihəsi də bu məqsədlə həyata keçirilir.
Sonra «videoart»ın
nə demək olduğu, filmlərdə nə zaman istifadə
edildiyi barədə məlumat verildi. Həmçinin hamının sevə-sevə
izlədiyi məşhur
filmlərdə nə
zaman qrafika və fotodan istifadə olunduğu da açıqlandı.
S.Kərimoğlu yeni texnologiya
ilə çəkilmiş
müzikl haqqında da məlumat verərək, filmdən epizod təqdim etdi. Bildirdi ki, Vüqar
Camalzadənin müzikli
əsasında hazırlanmış
bu ekran işi fevralın 12-də
ictimaiyyətə təqdim
olunacaq.
Daha sonra isə gənc estrada
və rep ifaçılarının
«Canlı klip» adlı konserti keçirildi. Konsert adından məlum
olduğu kimi kompozisiya formasında qurulmuşdu.
Bütün iştirakçılar konsert boyu hər
mahnının kompozisiyasını
oynadılar, rəqs etdilər. Konsertdə
«Şeron» qrupu, Ayan Babakişiyeva, Zaur Əmiraslanov, Çingiz Mustafayev, Məryəm Şabanova,
Azad Şabanov, Ceyhun Zeynalov, MC Murad, Hilal çıxış
etdi.
“Yeni söz”: Milli Kitabxanada gənc şairlərlə
görüş
Fevralın 1-də
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Yeni söz” adlı tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan Gənc Ədiblər Məktəbinin rəhbəri,
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid bu gün
gənclərə ayrılan
diqqət və keçirilən tədbirlərə
görə Mədəniyyət
və Turizm Nazirliyinə minnətdarlığını
bildirdi. Daha sonra nazirliyin İncəsənət şöbəsinin
Dövlət əhəmiyyətli
tədbirlərin təşkili
və yaradıcı gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Mirsahib
Musayev çıxış
edərək 2 fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri
təbrik etdi.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə
respublika qiraət müsabiqəsinin qaliblərinin
və Gənc Tamaşaçılar Teatrının
aktyoru Elnur Kərimovun ifasında gənc şairlər Qismət, Alik Əlioğlu, Rəbiqə,
Elnaz Eyvazlı, Elvin Bakiroğlunun yaradıcılığından
şeirlər səsləndi.
Sonra gənclərin yazı üslubu, şeirləri ilə bağlı müzakirələr aparıldı.
* * *
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi 2 fevral Gənclər gününə
həsr edilmiş “Gəncliyin səsi” adlı silsilə tədbirlər çərçivəsində
bu gün Beynəlxalq Muğam Mərkəzində gənc
modelyer Püstəxanım
Rəhimovanın təqdimatında
milli geyim sərgisi və “Dünən və bu gün” adlı
gənc muğam və caz ustalarının
konserti olacaq.
Gülər,
Yeganə
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 3.