Ankarada Azərbaycan rəssamlarının sərgisi
Fevralın 2-də Ankara Rəsm və
Heykəl Muzeyində Azərbaycanla Türkiyə arasında
diplomatik əlaqələrin yaranmasının (14 yanvar 1991)
20-ci ildönümü münasibətilə azərbaycanlı
rəssamların əsərlərindən ibarət sərgi
açılıb. Sərginin təşkilatçıları
Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY
təşkilatı və Türkiyə Mədəniyyət və
Turizm Nazirliyidir. Tədbirdə Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş
direktoru Düsen Kaseinov, türkdilli dövlətlərin diplomatik
nümayəndəliklərinin rəhbərləri iştirak
edib.
Açılış mərasimində
çıxış edən Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov iki qardaş ölkə arasında
bütün sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığın yüksək
səviyyədə olduğunu deyib. Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay mərasim
iştirakçılarını salamlayaraq, 20 ili tamam olan
Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin əhəmiyyətini
vurğulayıb.
Azərbaycanın Xalq rəssamı,
professor Fuad Salayev rəssamlar adından sərginin təşkilatçılarına
təşəkkür edib, burada Səttar Bəhlulzadə kimi
dünya şöhrətli fırça ustaları ilə
yanaşı, gənc rəssamların da əsərlərinin
nümayiş etdirildiyini deyib.
Sərgi fevralın 15-dək davam
edəcək.
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 8.