Zaqatala rayonu Çobankol kəndində Mədəniyyət
evi yenidən qurulub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təsdiq
etdiyi regionların inkişafı üzrə Dövlət
Proqramı Zaqatala rayonunda da uğurla həyata keçirilir.
Rayonun Çobankol kəndində Mədəniyyət
evi əsaslı təmirdən sonra müasir görkəm
alıb. Belə dövlət qayğısından ruhlanan Mədəniyyət
evinin kollektivi də öz işlərində ciddi
dönüş yaradıb. Tərkibi əsasən gənclərdən
ibarət olan kollektiv üzvləri kənd əhalisinə,
xüsusilə böyüməkdə olan gənc nəslin tərbiyəsində
mühüm rol oynamağa çalışırlar.
Mədəniyyət evində
keçirilən tədbirlərdə kənd orta məktəbinin
müəllim və şagirdlərin əməyi də diqqətə
layiqdir. Burada təşkil edilmiş bədii özfəaliyyət
dərnəyinin tərkibi kənd gənclərindən ibarətdir.
Mədəniyyət evində yaradılmış
stolüstü oyunlar məktəblilərin ən çox
maraq göstərdiyi tədbirlərdəndir.
Mədəniyyət evinin müdiri
Polad Şabanov burada təşkil olunan görüşlərə
kənd təsərrüfatı ilə məşğul olan əməkçiləri
cəlb edir. Bu da kənd təsərrüfatının inkişafında
aparıcı rol oynayır. 2010-cu ildə “Ekologiya ili” çərçivəsində
bizim kollektiv də bir sıra tədbirlərdə fəal
iştirak edib, Mədəniyyət evində məktəblilərin
«Biz təbiəti sevirik» sərgisini təşkil etmişik. Sərgidə
20-dən çox məktəblinin təbiət haqqında rəsmləri
sərgidə nümayiş etdirilib. Bu və ya digər tədbirlərin
keçirilməsində Mədəniyyət evinin metodisti
Münasib Abdullayevin və mədəni təşkilatçı
Zəminə Həsənovanın böyük əməyi
olub.
Şuay
Xəlilov,
Mədəniyyət
evinin bədii rəhbəri
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 15.