Sumqayıt Mərkəzi Kitabxanasında “Maarifləndirmə ili

 

Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasında “Maarifləndirmə ilielan olunub. Sumqayıt Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, bu məqsədlə tədbirlər kompleksi işlənib hazırlanıb. Maarifləndirmə ili çərçivəsində kitabxananın qiraət salonunda yazıçı Varislə görüş keçirilib. Yazıçının “Sənə inanıram” adlı yeni kitabı oxucuların mühakiməsinə verilib. Görüş başa çatandan sonra Varis öz kitablarını kitabxanaya hədiyyə edib.

 

 

Mədəniyyət.- 2011.- 9 fevral.- S. 13.