Turoperator və turagent hazırlığı
üzrə kurslar başlayıb
Fevralın 4-də Azərbaycan
Turizm İnstitutunun Tədris Mərkəzinin turoperator və turagent hazırlığı
üzrə birinci məşğələsi keçirilib.
İlk dərs «Millennium Tourism & Congress DMC» turizm şirkətinin ofisində gerçəkləşib.
Bu barədə məlumat
verən şirkətin
direktoru Ruslan Quliyevin sözlərinə
görə, məşğələləri
«Millennium»un ofisində keçirməkdə
məqsəd dinləyicilərin
özlərini turizm atmosferində hiss edə bilməsi və işçilərin təcrübəsi
ilə yaxından
Birinci məşğələ tanışlıq
xarakterli olub. R.Quliyev dinləyicilərə
Azərbaycanda turizmin tarixi, indiyə qədər ölkədə
turizmin inkişafı
istiqamətində atılan
addımlar, verilən
sərəncamlar və
qəbul edilən dövlət proqramları,
Azərbaycanın məşhur
istirahət məkanları,
ölkə ərazisindən
keçən beynəlxalq
turizm marşrutları
haqqında məlumat verib. Həmçinin Azərbaycanın turizm imkanlarının nümayiş
olunduğu beynəlxalq
turizm sərgiləri,
turizm şirkətlərinin
əsas fəaliyyət
istiqamətləri barədə
məlumatlar dinləyicilərin
diqqətinə çatdırılıb.
Xatırladaq ki, 2010-cu ildə qəbul olunmuş turizmin inkişafı haqqında Dövlət Proqramına əsasən, ATİ-nin nəzdində Milli Təlim Mərkəzi yaradılıb. Mərkəz turizm sektoru üçün lazım olan peşə təhsilli kadrların hazırlığı ilə məşğul olur. Hazırlıq əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və ya orta təhsilini başa vurmuş şəxslərə xüsusi dil və peşə hazırlıqları keçməklə həyata keçirilir. Bu yolla dövlət həm hazırda tikintisi davam edən Şahdağ qış-yay turizm kompleksinə tələb olunan kadr ehtiyacını aradan qaldırmaq, həmçinin də ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektlərində çalışmaq üçün xidməti personala olan tələbatı ödəməyi nəzərdə tutur. Milli Təlim Mərkəzində yanvarın 24-dən başlayan kurslar 2-3 ay davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 10.