“Turizmə
dəstək” Gənclər
Koalisiyası təsis olundu
Qurum “Turizm ili”ndə müxtəlif tədbirlər həyata
keçirəcək
Ölkə
başçısı tərəfindən 2011-ci ilin “Turizm
ili” elan olunması gənclər təşkilatlarını da
hərəkətə gətirib. Azərbaycan Gənclər Mərkəzinin
təşkilatçılığı ilə müxtəlif
QHT-lərin iştirakı ilə təsis olunan «Turizmə dəstək»
Gənclər Koalisiyası da bu yöndə öz töhfəsini
vermək əzmindədir.
Koalisiya il ərzində turizm
istiqamətində maarifləndirmə və təbliğat
xarakterli silsilə tədbirlər həyata keçirəcək.
Bu barədə qurumun rəhbəri Ramiz Alıyev mətbuat
konfransında jurnalistlərə məlumat verdi: “İl ərzində
«Dağ turizminə yürüş», «Avtoyürüş», «Xəzər
yürüşü» adlı layihələr həyata
keçiriləcək. Tarixi abidələrə səfərlər,
bölgələrdə koalisiyaya üzv olan sənətçilərin
iştirakı ilə konsertlər təşkil edəcəyik.
Bu konsertlər turizm əhəmiyyətli bölgələrdə
- Quba, Qusar, Qəbələ, Lənkəran və digərlərində
baş tutacaq. Koalisiyada gənc rəssamlar da var. Onların sərgisini
təşkil edib, mükafatlandıracağıq. Bununla
yanaşı, futbol turu da olacaq. Onun təşkilində Mədəniyyət
və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Futbol Federasiyası bizə yardımçı olacaq».
R.Alıyevin sözlərinə
görə, il ərzində «Şahdağ» qış-yay
turizm kompleksinə yürüş də təşkil olunacaq.
Keçiriləcək tədbirlər sırasında gənclər
üçün «Turizm məşğulluğu» layihəsi də
yer alıb. Bu layihə turizm təhsilli gənclərin turizm
şirkətlərində işlə təmin olunmasına
yardımçı olacaq. Daha bir tədbir isə xarici tələbələr
üçün olacaq: «Bakı-tur» layihəsi Azərbaycanda təhsil
alan və təhsillərini bitirən xaricilər
üçündür. Qobustan və Atəşgaha turlar təşkil
olunacaq. Onu da deyim ki, bütün bu tədbirlərdə
KİV nümayəndələri bizimə birgə olacaq və
jurnalistlər üçün də turlar təşkil
olunacaq».
Gülər
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 10.