Azərbaycanlı
turistlər üçün
«Baltikyanı xəzinələr»
Ötən
həftə «Caspian Plaza» biznes mərkəzində
Latviyanın «More Travel» turizm şirkəti azərbaycanlı həmkarlarına
2011-ci ildə «Baltikyanı xəzinələr» adlı
turpaketi təqdim edib.
Yeddi günlük turlar mayın
ortalarından sentyabrın sonunadək Latviyanın «Air Baltic»
aviakompaniyası tərəfindən həyata keçiriləcək.
Turpaketə gediş və gəliş qiymətləri,
«Holiday Inn Vilnius», «Old Riga Palace» və «Radisson Blu Tallinn» kimi
dördulduzlu hotellərdə qalmaq, rusdilli bələdçinin
müşayiəti ilə ekskursiya xidmətləri daxildir. Turpaketin
qiyməti 899 avrodur. 6 gün ərzində arzu edənlər əlavə
məbləğ ödəməklə Finlandiyanın
paytaxtı Helsinki şəhərini də ziyarət edə
bilərlər.
Bu məlumatları tədbir
iştirakçılarına «More Travel» turizm şirkətinin
Baltik ölkələri üzrə meneceri Svetlana Privalenkova
çatdırdı. Öz növbəsində Azərbaycanın
turizm şirkətlərinin təmsilçiləri ona bir
sıra suallar ünvanladılar. Onları əsasən
Şengen vizası ilə bağlı yaranan problemlər və
turpaketdə uşaqlar üçün nəzərdə
tutulan qiymətlər maraqlandırırdı. Şirkət rəhbərlərinin
sözlərinə görə, hələ sovet vaxtından azərbaycanlıları
Baltikyanı ölkələrdə istirahət çox
maraqlandırıb.
Svetlana Privalenkova jurnalistlərə
açıqlamasında bildirdi ki, təmsil etdiyi şirkətin
təklif etdiyi tur türkiyəli turistlər arasında
çox məşhurdur: «Ümid edirik ki, bu tur azərbaycanlı
turistlərin də marağına səbəb olacaq. Onlara
öz xidmətlərimizi təklif etməyə
hazırıq».
Qeyd edək ki, «More Travel» turizm
şirkəti təkcə Latviya, Litva və Estoniyaya deyil, eyni
zamanda bir sıra Avropa və Skandinaviya ölkələrinə,
o cümlədən Norveç, İsveç və Finladiyaya
da turlar həyata keçirir.
F.Abdullayeva
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 10.