Əlişir
Nəvainin 570 illiyi Azərbaycanda da qeyd olunub
Fevralın 9-da Bakıda
böyük özbək şairi, mütəfəkkiri və
filosofu Əlişir Nəvainin 570 illiyinə həsr
olunmuş tədbir keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Əlişir Nəvainin
Azərbaycan paytaxtındakı abidəsini ziyarət edib,
önünə tər çiçək dəstələri
düzüblər. Tədbirdə Özbəkistanın
ölkəmizdəki səfirliyinin əməkdaşları,
Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan
dostluq cəmiyyətinin üzvləri Əlişir Nəvainin
özbək ədəbiyyatındakı mövqeyindən
danışıblar.
Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev bildirib ki, böyük şairin Bakıda abidəsinin qoyulması Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun simvoludur. Səfir görkəmli mütəfəkkirin həyat və yaradıcılığı barədə məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özünü hər zaman Nizami Gəncəvinin tələbəsi hesab etmiş Əlişir Nəvainin Nizamidən sonra “Xəmsə” yaratmasını onun filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi kimi qiymətləndirib.
Tanınmış özbək ədəbiyyatşünası
Akif Azalp Əlişir Nəvainin əlyazmalarının
Rusiya, İngiltərə, Türkiyə və
digər ölkələrin məşhur kitabxanalarında qorunduğunu söyləmiş, şairin şeirlərindən nümunələr
səsləndirmişdir.
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 5.