Bakı şəhər uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin konserti

 

   Fevralın 10-da V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində nəfəs və zərb alətləri ixtisası üzrə təhsil alan şagirdlərin konserti keçirildi. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin musiqi məktəblərinin Direktorlar Şurasının təşkilatçılığı ilə baş tutan konsertdə paytaxt üzrə 20 uşaq musiqi məktəbindən şagirdlər nəfəsli və zərb alətlərində maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Konsertdə klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

   Qeyd edək ki, konsert bu ilin mart ayında Bakı şəhərində keçiriləcək uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinə hazırlıq məqsədilə təşkil olunmuşdu. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqə respublikada nəfəs və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Martın 1-dən 15-dək keçiriləcək müsabiqə fleyta, qaboy, klarnet, valtorna, truba, trombon, ksilofon, vibrofon, kiçik təbil və s. alətlər üzrə iki yaş qrupunda keçiriləcək.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 11 fevral.- S. 3.