“Guide Map” - turistlər üçün
elektron bələdçi
xəritəsi
Mədəniyyət və Turizm
Nazirliyi «Turizm ili» çərçivəsində
yeni layihələr həyata keçirir.
Belə layihələrdən biri də elektron bələdçi xəritəsi
olan «Guide Map» naviqasiya
portalının hazırlanmasıdır.
Elektron xəritəni hazırlayan
«Sinam» şirkətinin
direktoru Elçin Əliyevin sözlərinə
görə, «Guide Map» Azərbaycan
ərazisinin rəqəmli
coğrafi xəritəsidir.
Ölkə ərazisində
yerləşən 3500 kənd,
şəhərlərimiz, ünvanlı
binalar, 50 mindən çox maraq nöqtələri, mədəniyyət
və turizm obyektləri, abidələr
burada öz əksini tapıb.
E.Əliyevin sözlərinə görə,
layihənin əsas önəmi onun portal şəklində həyata
keçirilməsindən ibarətdir:
«Həm xarici vətəndaşlar, həm
də yerli insanlarımız bu portaldan istifadə etməklə Azərbaycanın
coğrafiyası, mədəniyyəti,
turizm obyektləri barədə istədiyi məlumatı əldə
edə biləcək.
Burada geniş axtarış imkanları
var. Ölkəmizin ərazisində
mövcud olan 7 əsas turizm marşrutu üzərində
yerləşən restoranlar,
kafelər, hotellər,
istirahət mərkəzləri,
tarixi abidələr, muzeylər haqqında məlumatlar portalda əksini tapıb. Bundan başqa, istənilən
rayon və kəndə,
turizm obyektinə getmək üçün
marşrutları, maşınla
getmək üçün
isə xəritəni
buradan əldə etmək, hətta gedəcəyin ərazinin
ölçüsünü belə müəyyənləşdirmək
mümkündür. Həmin ərazilər
haqqında videoməlumatlar
və şəkillər
də portalda yerləşdirilib. Portal Naxçıvan Muxtar Respublikasının ərazisini
də əhatə edir. Gələcəkdə bu sistemə
muzeylərə, konsert
saraylarına, teatrlara
biletlərin alınması,
restoran və kafelərdə yerlərin
sifariş edilməsi kimi məsələlər
də daxil ediləcək».
E.Əliyev onu da qeyd etdi ki,
bu resurslar hər bir ölkədə
lazımlıdır. Amma yaxın
qonşu ölkələrdə
belə bir sistem mövcud deyil. Azərbaycanda yol infrastrukturu
inkişaf etdiyindən
bunu tətbiq etmək elə də çətin deyil. Yaxın günlərdə ictimaiyyətə təqdim
ediləcək portalda
öz obyektləri haqqında məlumatları
yerləşdirmək yəqin
ki, hər bir sahibkar üçün
maraqlı olacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 8.