“Azərbaycan-Ermənistan münasibətlərinin
tarixi”
Kitab ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdiyi soyqırımı və
işğalçılıq müharibəsindən bəhs
edir
Fevralın 15-də Beynəlxaq Mətbuat
Mərkəzində “Əfqanıstan Veteranları İctimai
Birliyi”nin təşkilatçılığı ilə sovet
qoşunlarının Əfqanıstandan
çıxarılmasının 22-ci ildönümünə
və üç dildə - Azərbaycan, rus və ingilis dillərində
nəşr olunmuş “Azərbaycan-Ermənistan münasibətlərinin
tarixi” kitabının təqdimatına həsr olunmuş tədbir
keçirildi. Qeyd edək ki, 15 fevral keçmiş sovet
ölkələrində Əfqanıstan müharibəsində
həlak olanların anım günü kimi qeyd olunur. 1980-1989-cu
illərdə Sovet İttifaqının Əfqanıstanda
apardığı bu müharibədə yüzlərlə azərbaycanlı
da həlak olub.
Tədbiri giriş sözü ilə
açan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri
Məhəmməd Vəliyev sovet ordusu sıralarında Əfqanıstanda
döyüşən, əlil və şəhid azərbaycanlı
əsgərlərdən danışdı. Qeyd olundu ki, Əfqanıstan
müharibəsindən keçmiş Azərbaycan
oğulları vətənə qayıtdıqdan sonra doğma
torpaqların müdafiəsi uğrunda erməni
işğalçı qüvvələri ilə
döyüşlərdə də böyük şücaət
göstəriblər. O, “Azərbaycan Ermənistan münasibətlərinin
tarixi” kitabından danışaraq nəşrin əhəmiyyətini
vurğuladı. Qeyd edək ki, kitabın müəllifi tarix
elmləri namizədi, BDU-nun müəllimi Boran Əzizdir.
Qarabağ Veteranları və Şəhid
Ailələri Cəmiyyətinin sədri Mehdi Mehdiyev,
Çernobl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən
Həsənov, Azərbaycan Vətən Müharibəsi
Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və
başqa çıxış edənlər kitabın bir
sıra mühüm tarixi məqamlara işıq tutduğunu
qeyd etdilər.
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 14.