Cavad xanİstanbulda nümayiş olunub

 

   İstanbul Universitetinin Avrasiya İnstitutunda Azərbaycan xalqının öz torpağı uğrunda yadellilərə qarşı mübarizəsindən bəhs edən “Cavad xan” bədii filminin nümayişi olub. Filmin nümayişindən əvvəl çıxış edən Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Turan Yazqan Cavad xanın çar Rusiyasına qarşı müharibədə göstərdiyi qəhrəmanlıq və vətənpərvərliyin bütün türk dünyası gənclərinə örnək olduğunu deyib. “Cavad xan” filminin ssenari müəllifi Sabir Rüstəmxanlı milli-mənəvi dəyərlərimizə qiymətli töhfə olan bu ekran əsərinin ərsəyə gəlməsində Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını vurğulayıb. O qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xalqımızın Cavad xan kimi qəhrəmanlarının həyat və mübarizəsinin təbliği böyük əhəmiyyətə malikdir. Filmin yaradıcı heyəti bu missiyanı yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyib.

   Filmin təqdimatında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyədə yaşayan həmvətənlərimiz və İstanbul Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

 

 

   Mədəniyyət.- 2011.- 16 fevral.- S. 12.