Uşaq KitabxanasındaBeynəlxalq Ana Dili günüqeyd olundu

 

   Firudin bəy Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə bağlı tədbir keçirdi. Məktəblilərin, balaca oxucuların iştirak etdiyi tədbirdə hər bir millətin mənəvi, mədəni irsinin ana dili vasitəsi ilə gələcək nəsillərə çatdırıldığı vurğulandı.

  

   Kitabxananın məlumat biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova dünya dillərindən söz aşdı: «Hər bir millət özünəməxsusluğunu ana dili vasitəsilə təqdim edir. 1999-cu ildə UNESCO 21 fevral tarixiniBeynəlxalq Ana Dili günükimi qeyd olunması barədə qərar qəbul edib. Bir çox xalqlar var ki, ana dilində danışa bilmirlər. Dünyada 6700 dil var. Bəzi dillərdə danışan cəmi 100-150 insan var. Belə dillər yox olmaq təhlükəsi qarşısındadır. Bəzi Qafqaz, Sibir xalqlarının dilləri bu sıraya aiddir. Azərbaycan dili isə çox qədim və zəngin tarixə malikdir».

   Shmədova Azərbaycan dilinin keçdiyi tarixə, üzləşdiyi problemlərə də nəzər salaraq, uşaqlara bu barədə dolğun məlumat verdi.

   Şair Teyyub Qurban isə ana dilində ədəbiyyatın rolunu açıqladı: «Ədəbiyyat ana dilinin başqa sözlə ifadəsidir. Dünyada Azərbaycan dili qədər səlis ahəng qanunu olan dil yoxdur. Həmçinin dilimizin unikal qrammatikası var».

   Tədbirdə daha sonra məktəb və lisey şagirdləri ana dili ilə bağlı şeirlər səsləndirdilər.

 

 

   Gülər

 

    Mədəniyyət.- 2011.- 18 fevral.- S. 6.