Milli Kitabxana Slovakiya kitabxanalarının təcrübəsini öyrənir

 

   M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Slovakiya kitabxanaları ilə təcrübə mübadiləsi aparıb. Azərbaycan Milli Kitabxanası ilə Slovakiya Milli Kitabxanası arasında bağlanmış birgə əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq kitabxananın direktor müavini Mələk Hacıyeva və kitabxananın digər nümayəndələri bu ölkədə səfərdə olublar.

   Kitabxanadan verilən məlumata görə, ezamiyyənin əsas məqsədi Slovakiya kitabxanaları ilə yaxından tanış olmaq, onların avtomatlaşdırma, idarəetmə sistemi VİRTUA-nın tətbiqini öyrənmək olub. Nümayəndə heyəti Vranov şəhərində Hornozemplinska kitabxanasında, Presov şəhərində P.O.Hviezdoslav adına Regional Kitabxanada, Liptovskiy-Mikulas şəhərində General Milan Rastislav Stefanikin Silahlı Qüvvələr Akademiyasının Kitabxanasında və digərlərində olaraq, onların təcrübələri ilə maraqlanıblar.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 18 fevral.- S. 2.