Hava limanında turizm informasiya mərkəzi yaradılıb

 

           Heydər Əliyev adına Beynəlxalq Hava Limanında turizm informasiya mərkəzi fəaliyyətə başlayıb.

 

  Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə baş mütəxəssisi Bəxtiyar Qılıncovdan aldığımız məlumata görə, layihəTurizm iliçərçivəsində həyata keçirilir: “Bilirsiniz ki, “Turizm iliilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Hava limanında turizm informasiya mərkəzinin açılması layihəsi Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə həmin tədbirlər planına uyğun olaraq həyata keçirilib”.

   B.Qılıncovun sözlərinə görə, artıqSilkway travel” turizm şirkəti tərəfindən mərkəzin fəaliyyətinə əməkdaşlar təyin olunub: “Bakı Turizm İnformasiya Mərkəzi isə hava limanında fəaliyyət göstərən turizm informasiya mərkəzini Azərbaycanın turizm potensialını tanıdan bukletlər, broşürlərlə turist məlumat kitabçaları ilə təmin edəcək”.

   Müsahib onu da əlavə edib ki, Qəbələ Qusar rayonlarında turizm informasiya mərkəzlərinin açılması planlaşdırılır. Bununla bağlı müvafiq təkliflər verilib. Bu il həmin rayonlarda da belə mərkəzlərin fəaliyyət göstərəcəyi istisna edilmir. Turizm informasiya mərkəzlərinin fəaliyyətinə turizm sahəsində təcrübəsi olan, bir neçə xarici dil bilən əməkdaşlar cəlb olunacaq.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 23 fevral.- S. 3.