Leopold Rostropoviçin 119 illiyinə həsr olunmuş tədbir

 

   Fevralın 22-si Leopold Mstislav Rostropoviçlərin ev-muzeyində məşhur violençel ifaçısı, professor Leopold Rostropoviçin anadan olmasının 119 illiyinə həsr olunmuş tədbir keçirildi.

 

   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şeyla Heydərova “Leopold Rostropoviç oğlunun gözü iləmövzusunda çıxış edərək qonaqlara musiqiçinin yaradıcılığı haqda ətraflı məlumat verdi.

   Daha sonra Qara Qarayev adına 8 saylı musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Konsert proqramında Q. QarayevinYeddi gözəlbaletindənAdajio”, Tofiq QuliyevBalaca Skertso VivaldininViolençel üçün konserti” (I-II hissə) səsləndi.

   Konsert proqramından sonra “Maestro Slavaadlı sənədli film nümayiş olundu. Filmdə Mstislav Rostropoviçin atası Leopold haqqında xatirələri, onun yaradıcılığı barədə fikirləri yer alıb, atasının ölümündən bir neçə ay əvvəl oğluna yazdığı məktubdan söz açılır.

   Tədbirdə Belarusun Rusiyanın ölkəmizdəki səfirlərinin xanımları, Polşa icmasının sədri Olqa Yujanina icmanın nümayəndəsi Aleksandr Kostin iştirak edirdilər. Leopold Rostropoviçin tərcümeyi-halı, müxtəlif illərdə verdiyi konsert proqramları bir çox arxiv materialları olan “L.V. Rostropoviç oğlunun gözü iləadlı sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 

 

    R.İsayeva

 

    Mədəniyyət.- 2011.- 23 fevral.- S. 3.