TÜRKSOY-un “Əhməd Zəki Validi Toğan ili”nə yekun vurulub
Məlum olduğu kimi, TÜRKSOY
2010-cu ilİ məşhur başqırd alimi, türkoloq Əhməd
Zəki Validi Toğanın xatirəsinə həsr etmişdi.
“Əhməd Zəki Validi Toğan ili” çərçivəsində
TÜRKSOY ölkələrində silsilə tədbirlər həyata
keçirilib. Bu tədbirlərə
Başqırdıstanın paytaxtı Ufada keçirilən mərasimlə
yekun vurulib.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin
Qafarlının qəzetimizə verdiyi məlumata görə,
”Əhməd Zəki Validi Toğan ili”nin bağlanış tədbirlərində
iştirak etmək üçün TÜRKSOY-un bas katibi
Düsen Kaseinovun başçılığı altında
nümayəndə heyəti fevralın 14-16-da
Başqırdıstanda səfərdə olub. TÜRKSOY-un
baş katibinin müavini Fırat Purtaş, Qazaxıstan təmsilçisi
Askar Turqanbayev, Azərbaycan təmsilçisi Elçin
Qafarlı, Türkiyə mədəniyyət və turizm
nazirinin müavini Kamal Fahir Gənc və
başqalarının yer aldığı heyət
Başqırdıstan hökuməti tərəfindən
yüksək səviyyədə qəbul edilib. Heyət Əhməd
Zəki Validi Toğanın vətəni olan İşimbay
şəhərində, onun doğulduğu kənddə olub,
ev muzeyini, adına olan məktəbi və Qafuri rayonunu ziyarət
edib. Ufa şəhərində yubiley ilinin bağlanış
mərasimində D.Kaseinova, E.Qafarlıya, A.Turqanbayevə, K.F.Gəncə
və digər fəxri qonaqlara Başqırdıstan Elmlər
Akademiyası Rəyasət Heyətinin təsis etdiyi “Əhməd
Zəki Validi Toğanın xatirəsinin əbədiləşdirilməsində
xüsusi xidmətlərinə görə” medalı təqdim
olunub.
M.Sultanova
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 3.