Zaqatalada turizmin inkişafı üçün
geniş imkanlar var
Son illər Azərbaycan sürətlə inkişaf
edir. İqtisadi gəlirlər artır, əhalinin maddi rifahı yüksəlir, yeni iqtisadi sahələr
yaranır. Azərbaycanın
milli gəlirinin əsas hissəsi neft sahəsini əhatə etsə də, digər sahələrdə inkişaf
perspektivləri də
özünü göstərir.
Bu xüsusda dövlət
siyasətinin əsas istiqamətlərindən biri
də bölgələrdə
iqtisadi inkişafa nail
olmaq, yeni iş yerlərinin açılması, iqtisadiyyata
xarici investisiyaların
qoyulmasıdır.
Füsunkar təbiət
Bölgələrdə
iqtisadi artıma nail olmağın əsas yollarından biri də turizmi inkişaf etdirməkdir. Azərbaycanın şimal-qərb
hissəsində yerləşən
Zaqatala rayonu Şəki-Zaqatala iqtisadi rayonunun əsas mərkəzlərindən biridir.
Zaqatala rayonu əsrarəngiz füsunkarlığı,
gözəl iqlimi, dağlardan axan çay və şəlalələri ilə
adamı valeh edir. Heç də təsadüfü deyildir ki, hələ
sovet dövründə
Zaqatalaya qonaq gələn xarici turistlər bu rayonu “Balaca Paris” adlandırırdılar.
Zaqatala rayonu Böyük Qafqaz dağlarının cənub ətəklərində
dəniz səviyyəsindən
543 m yüksəklikdə yerləşir.
Rayonun ərazisindən-xüsusilə
şəhərin içərisindən
Tala çayının
keçməsi rayonun
gözəlliyini bir az da artırır.
Dağlarda bitən bəzi endemik bitkilər, habelə qoz, palıd və cökə ağacları buranın təbiətinin formalaşmasında
xüsusi əhəmiyyətə
malikdir. Rayonun ərazisindən keçən
Alazan çayı Azərbaycanla Gürcüstan
arasında sərhəd
rolunu oynayır. Zaqatala Gürcüstan və Rusiya ilə həmsərhəddir.
Rayondakı dağlarda dünyanın
nadir bitkilərindən olan
dəmirağacı Zaqatala
meşələrinin bəzəyidir.
Zaqatalada bitən bitkilərin bir çoxu müalicəvi əhəmiyyətə malik
olub, dünya miqyasında tanınır.
Vaxtilə rayonda istehsal olunan çay bitkisi dünyanın bir çox bölgələrinə
ixrac edilirdi.
Tarixi-mədəni irs
Zaqatala tarixinin başlanğıcı
eramızdan əvvəllərə
gedib çıxır.
Rayonda qədim tarixə malik olan abidələrin yerləşməsi ulu keçmişimizdən xəbər
verir. Ümumiyyətlə,
Zaqatalanı abidələr
məskəni adlandırmaq
olar. Burada qədim alban tayfalarının qoyduğu
izlərdən başlayaraq,
bu günümüzə
qədər mövcud
olan abidələr öz unikallığı
ilə fərqlənir.
Zaqatalada alban tayfalarının yaşadığını
sübut edən abidələr rayon mərkəzinin
içərisində və
sahilboyu səpələnib.
Təsadüfü
deyildir ki, Zaqatala şimalda çar Rusiyasına qarşı baş verən üsyanların mərkəzlərindən biri
olub. Yerli əhali tərəfindən
Qanzaqor dağının
“Şamil dağı”
adlandırılması ruslara
qarşı baş verən Şamil hərəkatının bölgə
üçün əhəmiyyətini
bir daha təsdiq edirdi. Vaxtilə Rusiya tərəfindən işğal
olunduqdan sonra Zaqatalada öz dayaq mərkəzini yaratmaq üçün çar tərəfindən
tikilən “Zaqatala qalası” XIX əsrin abidəsi olmaqla bərabər öz ilkinliyini qoruyub saxlayır.
Rayonun bugünkü mənzərəsi
turizm üçün
geniş imkanlar açır. Burada aparılan son tikinti-quraşdırma
və abadlaşdırma
işləri rayon mərkəzinin
gözəlliyini daha da artırıb. Rayonun “Heydər Əliyev adına mədəniyyət və
istirahət parkı” Avropa standartlarına cavab verəcək səviyyədə yenidən
bərpa edilib. Parkda olan Heydər
Əliyev muzeyi isə bura gələn
qonaqların bir daha dahi öndərin
həyat və yaradıcılığı ilə
Milli zənginlik və tolerantlıq
Zaqatalada toxuculuq və ipəkçilik, misgərlik,
dulusçuluq sənətinin
inkişafı üçün
geniş imkanlar var. Vaxtilə Zaqatalada toxunan xalçalar, eləcə də dulusçuluq məmulatları
və digər xalq sənəti nümunələri bu gün dünya muzeylərini bəzəyir.
Məlumdur ki, Zaqatala çoxmillətli
rayondur. Burada 26 millətin nümayəndələri qərarlaşıbdır.
Azərbaycanda aparılan tolerantlıq siyasətinin nəticəsidir
ki, buradakı xalqlar qarşılıqlı anlaşma şəraitində
yaşayırlar. Hər bir xalqın özünəməxsus
kulinariyasını, etnoqrafiyasını yaşatmaqdan
ötrü geniş imkanlar var. Rayonun əzəli və daimi
sakini olan azərbaycanlılar digər xalqlarla birgə milli
folklorunu yaşatmaqdadır. Bununla belə, bölgənin
dünya miqyasında tanınması üçün burada
beynəlxalq folklor, mahnı, rəqs, rəsm və kulinariya sərgilərinin
keçirilməsi daha yaxşı olardı.
Turizmi
daha da təşviq etmək lazımdır
Zaqatalada müxtəlif istirahət
mərkəzləri, turizm obyektləri ilə yanaşı,
müasir tələblərə cavab verən olimpiya-idman
kompleksi də fəaliyyət göstərir. Kompleksdə beynəlxalq
yarışların keçirilməsi üçün
stadion, boks, dzyu-do, voleybol meydançaları mövcuddur. Məlumdur
ki, idman həm də dövlətin iqtisadi gəlirlərinin
bir hissəsini təşkil edir. Odur ki, məhz rayonda beynəlxalq
idman yarışlarının keçirilməsi turizmin
inkişafına təkan verə bilər.
Bütün bunların inkişaf
etdirilməsi əsasən ixtisaslı kadrların
yetişdirilməsi ilə sıx surətdə
bağlıdır. Bölgədə Azərbaycanın, eləcədə
yaşadığı yerin tarixini mükəmməl bilən
mütəxəssislərə ehtiyac duyulur. Peşə məktəbləri
və kurslar çərçivəsində
ekskursiyaçı, bələdçi və mehmanxana
qulluqçusu kimi peşələrin region səviyyəsində
hazırlanması olduqca vacibdir.
Turizm sahəsinin inkişaf etdirilməsi
təkcə əlaqədar təşkilatların diqqətində
deyil, həm də əhalinin, ictimaiyyətin nəzarətində
saxlanılmalıdır. Bu vətən, bu diyar bizimdir. Turizm
sahəsi təkcə iqtisadiyyat deyil, həmçinin
ekologiyanın inkişafı, yaşadığımız məkanın
təmiz saxlanması, tariximizin öyrənilməsi, adət-ənənələrimizin
qorunması məsuliyyətini aşılamaqla, həm də gələcəyə
açılan qapıdır.
Rasim Ələsgərov,
Zaqatala
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 8.