II Respublika
muğam müsabiqəsi
başa çatdı
Müsabiqənin üç qalibi
Beynəlxalq Muğam Festivalında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyev Fondu, Təhsil,
Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan
Milli Konservatoriyasının təşkilatçılığı
ilə keçirilən II Respublika muğam müsabiqəsi
fevralın 24-də başa çatıb. Müslüm
Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan musiqisi zalında dörd
gün davam edən müsabiqə üç turdan ibarət
olub.
Tanınmış mədəniyyət
xadimlərinin, sənətsevərlərin iştirak etdikləri
tədbirdə müsabiqənin sonuncu turunun nəticələri
açıqlanıb. 18 yaşından 35 yaşınadək
iddiaçıların iştirak etdikləri müsabiqənin
nəticələrinə görə, Azərbaycan Milli
Konservatoriyasının tələbələri Aytən Məhərrəmova,
Ehtiram Hüseynov və Asəf Zeynallı adına Musiqi
Kollecinin tələbəsi Nişanə Baxışova
müvafiq olaraq I, II və III yerləri tutubar. Qaliblər
mükafatlandırılıb və onlar mart ayında ölkəmizdə
keçiriləcək II Beynəlxalq Muğam Festivalında
iştirak etmək hüququ qazanıblar.
Tədbirin bağlanış mərasimində
təhsil naziri Misir Mərdanov, mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak ediblər.
Təhsil naziri bildirib ki, ümumilikdə müsabiqəyə
40-dək ifaçı qatılıb: “Onların içərisindən
ən yaxşıların yaxşısını seçmək
çox çətin idi”.
Azərbaycan Milli
Konservatoriyasının rektoru Siyavuş Kərimi isə
bildirib ki, respublika müsabiqəsinin qalibləri mart ayında
Bakıda keçiriləcək beynəlxalq muğam
müsabiqəsində ölkəmizi təmsil edəcəklər.
Həmin müsabiqə Beynəlxalq Muğam Festivalı (14-21
mart) çərçivəsində təşkil olunacaq.
Bundan əlavə, müstəqil olaraq, daha iki namizəd - Babək
Niftəliyev və Azərbaycanın Əməkdar artisti Fərqanə
Qasımova müsabiqəyə qatılacaqlar:
“Düşünürəm ki, bu müsabiqədə Azərbaycanı
çox güclü muğam komandası təmsil edəcək”.
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 2.