Xocalı faciəsi Naxçıvan rəssamlarının gözü ilə

 

    Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına salonunda sərgi açılıb. Mərasimdə birliyin sədri, Azərbaycanın Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi böyük soyqırımı siyasətinin növbəti mərhələsi olub: “Müstəqilliyimizin yolunda canlarını qurban vermiş oğul və qızların xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur və qəlbində yaşadır. Buna görədir ki, muxtar respublikamızda yaşayan rəssamlar da bu mövzuya tez-tez müraciət edir, xalqımızın başına gətirilən belə faciələri kətan üzərinə köçürərək öz əsərlərində canlandırırlar”

   Sərgidə 20 rəssamın - Hüseynqulu Əliyevin, Səyyad Bayramovun, Ülviyyə Həmzəyevanın, Telman Abdinovun, Bəhruz Quliyevin, Həbibə Allahverdiyevanın və başqalarının boyakarlıq, qrafika və döymə janrlarında yaratdıqları 40-dan artıq əsər nümayiş olunur. Sərgi fevral ayının sonuna qədər davam edəcək.

 

Mədəniyyət.- 2011.- 25 fevral.- S. 11.