ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları

 

   Markalarda Qarabağ abidələri, Şuşa qalası əks olunub

  

   ABŞ-dakı Qarabağ Fondu bu ölkədə ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Satış üçün nəzərdə tutulan bu poçt markaları «Qarabağ: keçmişə gələcəyə baxış» layihəsinin bir hissəsidir. Fonddan verilən məlumata görə, markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaların satışından əldə olunan gəlir isə Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.

   Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti musiqisini Amerikada təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün fond ABŞ-da müxtəlif sərgi, forum mübadilə proqramları həyata keçirir.   

 

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 1 iyul.- S. 4.