“Eurovision-2012”-nin Təşkilat
Komitəsinin ilk iclası
keçirilib
Mahnı müsabiqəsinin
keçiriləcəyi yerlə
bağlı bir neçə təklif müzakirə olunur
İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda
“Eurovision-2012” mahnı müsabiqəsinin
keçirilməsi üzrə
Təşkilat Komitəsinin
ilk iclası olub.
İclasda Təşkilat Komitəsinin
sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva qarşıda böyük
məqsədin dayandığını
diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun
prezidenti “Eurovision-2012” mahnı
müsabiqəsinin ən
yüksək səviyyədə
təşkil olunmasının
vacibliyini vurğulayıb.
Qeyd olunub ki, müsabiqənin
paytaxtımızda keçirilməsi
ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.
Mehriban xanım Əliyeva
Təşkilat Komitəsi
üzvlərinin diqqətinə
çatdırıb ki,
mahnı müsabiqəsinin
keçiriləcəyi yer
ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlət başçısı
İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini
söyləyib.
Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat
Komitəsinin üzvləri
cari məsələlərlə
bağlı müzakirələr
aparıblar.
Qeyd edək ki, Avropa Yayım Birliyi tərəfindən
təşkil olunan beynəlxalq “Eurovision” mahnı
müsabiqəsinin qaydalarına
əsasən, qalib ölkə növbəti ildə yarışmanı
keçirmək hüququnu
qazanır. Prezident
İlham Əliyevin mayın 19-da imzaladığı
sərəncama əsasən,
gələn il
“Eurovision-2012” mahnı müsabiqəsinin
Bakı şəhərində
layiqincə keçirilməsini
təmin etmək məqsədilə Təşkilat
Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin sədri
ölkəmizin “Eurovision”da
iştirakının təşəbbüskarı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təyin edilib. Komitə “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili
və keçirilməsi
ilə bağlı tədbirlər planı hazırlayıb icra olunmasını təmin etməlidir.
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 3.