Mədəniyyət işçiləri üçün növbəti səyyar yay kursları başlanıb

 

  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ənənəvi olaraq bölgələrdə səyyar yay kursları təşkil edir. Ötən il ilk dəfə təşkil olunan kursların 4 region və 21 rayon üzrə 429 nəfər dinləyicisi olub.

  

   Yay kurslarına bu il start verilib. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, Bərdə şəhərində keçirilən zona kursları artıq uğurla başa çatıb. 8 gün davam edən kurslara Ağdam, Bərdə, Mingəçevir, Laçın, Ağcabədi, Yevlax, Tərtər rayonları üzrə ümumi orta qeyri-ixtisas təhsilli kitabxana klub müəssisələrinin işçiləri cəlb olunub. Kurslarda iştirak edən 128 dinləyiciyə müvafiq vəsiqələr verilib. Yekun toplantıda kursların təşkilinə dəstək verdiyinə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub.

   Dinləyicilər böyük həvəs razılıq hissi ilə bu kurslarda iştirak etdilər. Bir tərəfdən nəzəri biliklərini artırdılar, müəyyən qədər praktiki vərdişlərə yiyələndilər. Çünki kurslarda nəzəri mühazirələrlə yanaşı, təcrübə saatları, seminarlar, müəyyən maraqlı tədbirlərin keçirilməsi, xüsusilə klub müəssisələrinin işçiləri üçün, səhnələrin qurulması üçün plan-proqramlar təşkil etmişdik”, - deyə R.Şabanov bildirib. O qeyd edib ki, kurslar iyul avqust ayları ərzində davam etdiriləcək.

   Növbəti kurslar iyulun 12-dən 21-dək Gəncədə, iyulun 26-dan avqustun 3-dək Qazaxda, avqustun 9-dan 18-dək Ağdaş rayonunda təşkil olunacaq. Zona kurslarında müxtəlif rayonlardan dəvət olunmuş ümumi orta qeyri ixtisas təhsilli kitabxana klub müəssisələri işçiləri iştirak edəcək

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 6 iyul.- S. 4.