Tryuklarını özü icra edən aktyor

 

 Kinoaktyorluq bəlli bir çərçivəyə sığmayan, sonsuz istedad tələb edən sənət sahələrindəndir. Kamera ilə üz-üzə qalan, ssenaristin, rejissorun zəhmətini çiyinlərinə götürərək ekran əsərindəki obrazı, onun yaşantılarını, düşdüyü situasiyaları tamaşaçıya çatdıran aktyordur. Rolun kiçik və ya böyüklüyündən asılı olmayaraq yaratdığı obrazla parlamağı bacarmalıdır əsl aktyor.

  

   Janrdan asılı olaraq bəzən kinoaktyor filmdə tryuklarını da özü edir. Dünya kinosunda belə aktyorlara çox rast gəlmək mümkündür. Azərbaycanda isə öz tryukunu ifa edən gənc aktyor Murad Abdullayevin adını çəkmək olar.

   1980-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan sərbəst güləşlə ciddi məşğul olub idmançı olmaq xəyalları ilə yaşayıb. Lakin döyüş filmlərinə marağı onu aktyorluq sənətinə gətirib. Hərçənd universitetdə teatr rejissorluğu fakültəsində təhsil alıb, amma elə tələbəlik illərində tamaşalarda aktyor kimi çıxış edib.

   Kinoya gəlişiSirat körpüsü” (rejissor Samir Kərimoğlu) filmindən başlayıb. Cangüdən rolunda çəkilərək bir neçə çətin tryuku da icra edib. Bu filmdən sonra Murad Abdullayev tanınmış kaskadyor Əli Məmmədov tərəfindənCavad xan” (rejissor Rövşən Almuradlı) filminə kaskadyor kimi dəvət olunur: “Aktyor olduğumu bildikdə həmin filmdə mənə rol da verdilər - cəngavər rolu. Elə həmin ərəfədə rusiyalı kinematoqrafçılar buradaSilahteleserialını çəkirdilər. Həmin serialda da kaskadyor kimi işlədim epizodik bir rol ifa etdim. Bir neçə kommersiya filmlərində kaskadyor kimi çalışdıqdan sonra Elxan CəfərovunQarabağdır Azərbaycan”, Mehriban ƏləkbərzadəninQara bayramfilmlərində aktyor-kaskadyor olaraq çalışmışam”.

  

   - Nədən kaskadyor kimi təhlükəli sənəti seçdiniz?

    - Hər zaman istəmişəm ki, filmdə öz tryukumu özüm edim. Həm buna marağım var. Kaskadyor çəkilişdə hər cür situasiyaya hazır olmalıdır. Onun ürəyifilmində (rejissor Samir Kərimoğlu) kiçik bir səhnədə ayağımı zədələdim iki ay gəzə bilmədim. Düşünürdüm, bir daha qayıtmaram kaskadyorluğa. Lakin riskə getməyi xoşladığım üçün yenə bu sənətdəyəm.

   - Aktyor kaskadyor kimi işləməyin hansı çətinlikləri var?

    - Daha öncə çəkildiyim filmlər mənim üçün bir ayrı mərhələdir, son olaraq çəkildiyimMən evə qayıdıramfilmi (rejissor Samir Kərimoğlu) ilə isə yeni mərhələ başladı. Filmdə leytenant Fərhad Məmmədov rolunu oynayıram. İlk dəfə idi ki, rola görə fiziki hazırlıq keçməli oldum. Fiziki hazırlıq üzrə məşqçimiz Kamran Ağabalayev 2 ay ərzində mənə xüsusi məşqlər keçdi. Rola uyğun olaraq çəkimi 12-14 kq artırmalı idim. Əzələ kütləsi yığmalı idim. Nəticədə buna nail oldum.

   Mən idmançı aktyor kimi tanınmaq istəyirdim zənnimcə, bu artıq alınır. Bir məsələ var ki, buna çoxlu enerji sərf olunur. Aktyorluq idmanı bir araya gətirmək çətindir, eyni zamanda maraqlıdır. Yaş keçdikcə bədəni formada saxlamaq da çətinləşir.

   - Daha çox döyüş səhnələrində çəkilmisiniz. Bəs aktyor kimi hansı rolu oynamaq istərdiniz?

   - Melodramda çəkilmək, həmçinin psixoloji xəstəliyi olan qəhrəmanı canlandırmaq istərdim. Ümumiyyətlə, müəyyən bir ampluaya düşmək istəməzdim. Aktyor kimi özümü müxtəlif rollarda görməyi arzulayıram. Onun ürəyifilmində baş rolu ifa etmişəm. Bir neçə reklam çarxı kliplərdə çəkilmişəm. Məncə, hər aktyorun özünü realizə etməsi üçün yaxşı rejissor, tərəf-müqabilləri olmalıdır. Mən evə qayıdıramfilmində xalq artistləri Fuad Poladov, Yaşar Nuri kimi görkəmli aktyorlarla çəkilmək mənim üçün fəxr idi.

   - Bəlkə kaskadyorluğa daha çox gəlir mənbəyi kimi baxırsınız?

   - Aktyor kimi ildə bir dəfə rol ala bilərəm. Lakin kaskadyorluq elədir ki, ona hər zaman tələbat var. Təbii ki, bunun maddi tərəfləri var. Ancaq yenə deyirəm: mən öz tryuklarını özü ifa edən aktyoram.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 8 iyul.- S. 10.