“Ultionis”: psixoloji triller janrında yeni film
Nicat Qafuroğlu: “Filmimiz gəncliyin Azərbaycan kinosuna bir töhfəsi ola bilər”
Xəbər verdiyimiz kimi,
gənc rejissor Nicat Qafuroğlu “Ultionis” adlı tammetrajlı bədii film çəkir. Gənc rejissor
Mədəniyyət və
Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında “Aranda bir gün”
adlı sənədli
ekran əsəri ilə “Ən yaxşı etnoqrafik” film nominasiyasında qalib olub. Bundan əlavə, televiziyada
bir neçə sənədli film, kliplər
çəkən rejissor
ilk dəfə özünü
bədii filmdə sınayır. Gənc yazar,
şair, publisist kimi də tanınan
N.Qafuroğlu filmi özünün eyniadlı
romanı əsasında
lentə alır.
Çəkilişlərin bu ay başa
çatması gözlənilir.
Bu arada müəlliflə
görüşüb söhbət
etdik.
- Filmin əsas mövzusu nədir?
- “Ultionis”
filmi psixoloji triller janrındadır.
Tamaşaçı ilk baxışda filmdə baş verən hadisələrə
nəzərən onun
fantastik janrda olduğunu düşünə
bilər. Lakin film əslində
nə yuxu, nə də yalandır. Filmdə XXI əsrdə hələ
də falçılığa
olan inamı tənqid edirik. Cəmiyyətlərə təsir edib
onları idarə edən gizli təşkilatların fəaliyyətləri
filmdə əksini tapıb. “Ultionis”
adlı bir təşkilat insanların
psixikasını pozmaqla
məşğuldur. Hər dəfə
təşkilatın bir
neçə qurbanı
olur və növbəti qurban filmin baş qəhrəmanı jurnalist
Caviddir.
Filmin ssenari müəllifləri
Nicat Qafuroğlu və Ceyhun Musaoğlu, quruluşçu
operator Faiq Əliyev, prodüseri Sirac Mustafayevdir. Film son dərəcə müasir
texniki standartlara cavab verən HD formatda çəkilib.
Dünya
kino texnologiyasına uyğun olaraq qrimindən tutmuş kostyumuna kimi ən müasir texnikadan istifadə etmişik.
- “Ultionis”
filmində Rasim Balayev, Həmidə Ömərova kimi məşhur sənətkarlar,
“Mosfilm”in tanınmış
aktrisası Mariya Kunax və başqaları
rol alıb. Onlar sizin təklifi necə qəbul etdilər? Kinoda özünü təsdiq
etmiş aktyor heyəti ilə birgə işləmək
gənc rejissor üçün çətin
deyilmi?
- Təbii ki, bu, çox
məsuliyyətli və
çətin işdir.
Roman əsasında ssenari
yazılanda mən hər bir obrazın
konkret aktyorunun kim ola biləcəyini təsəvvür
edirdim. Rasim Balayev və Həmidə Ömərova
ssenari ilə tanış olandan sonra filmdə
çəkilməyə razılıq
verdilər. Hətta Həmidə xanım
ssenarini çox bəyəndiyini söylədi.
- Digər aktyorların seçimi necə oldu?
- Ümumilikdə
aktyor seçimi zamanı böyük çətinliklərimiz oldu.
Kastinqdə 600-dən çox
adam iştirak
edib. 14 sınaq
çəkilişi olub.
Filmdə böyük bir
heyət - 167 aktyor iştirak edir. Onların da əsas hissəsini
gənclər təşkil
edib. Filmimiz əsas yaradıcı
gənclərin bir-birinə
köməyi ilə ərsəyə gəlir.
Aktyorların əksəriyyəti filmə qonorarsız çəkilir. Sadəcə biz sübut etmək istəyirik ki, əgər yaxşı
film çəkmək istəyi
varsa bunu reallaşdırmaq o qədər
də çətin deyil.
- Çəkilişlər harada aparıldı?
- Əsasən Ağsu, Şamaxı, Bakıda, habelə Ukraynada çəkilişlərimiz olub. Nyu-Yorkdan da orijinal
görüntülərimiz var. Filmi yanvar ayında çəkməyə
başladıq və artıq iş yekunlaşmaq üzrədir. “Ultionis”
gəncliyin birgə əməyi və dəstəyi sayəsində
ərsəyə gələn filmdir. Bu filmi dövlətin dəstəyi
olmadan, özümüz
çəkirik. Hesab edirik
ki, filmimiz gəncliyin
Azərbaycan kinosuna bir
töhfəsi ola bilər. Onu da deyim ki,
“Ultionis” filmi Azərbaycan, rus və ingilis dillərində olacaq.
Yeganə Cansail
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 10.