Arxeoloji abidələr maraqlı turizm obyektidir
Oğuzda
yeni maddi mədəniyyət nümunələri aşkar
edilib
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şəki, Qax və Oğuz arxeoloji
ekspedisiyası Kərimli (Oğuz rayonu) kəndinin Qazıyeri ərazisində
qazıntılar zamanı yeni maddi mədəniyyət
nümunələri aşkar ediblər.
Eramızdan əvvəl II minilliyin
ortalarına aid olan kurqan və dəfn adətlərinin zənginliyi
ilə diqqəti cəlb edən arxeoloji materiallar Azərbaycanda
orta tunc dövrünə aid mədəniyyət, dövlətçilik
ənənələrini öyrənməyə imkan verir.
Qazıntı zamanı aşkar
edilən maddi mədəniyyət nümunələri həmin
dövrdə sənətkarlıq sahələri, xüsusilə
dulusçuluğun, silah və zinət əşyalarının
istehsalının yüksək səviyyəsindən xəbər
verir. Dəfn çalasının bəzi spesifik cəhətləri
- yandırılan tonqallar, üst qatlardakı ocaq yerləri və
dəfn çalası həmin dövrün tikinti texnikası
haqqında təsəvvür yaradır.
Tapılan tunc əşya nəinki
Cənubi Qafqaz, həmçinin region üçün
yenilikdir. Arxeoloqların hakimiyyət rəmzi olduğunu güman
etdikləri bu maraqlı kompozisiya Azərbaycanda orta tunc
dövründə dövlətçilik ənənələrinin
öyrənilməsi üçün yeni istiqamət verir.
Tapılan maddi-mədəniyyət nümunələrinin
turistlər üçün də maraq kəsb edəcəyi
bildirilir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 9.