Kitabxana xidməti müasir
tələblərə uyğun təşkil
olunub
Adil
Babayev adına Uşaq Kitabxanası Naxçıvan Muxtar
Respublikasında ən böyük uşaq
kitabxanasıdır. Kitabxana muxtar respublikada şəhər-rayon
mərkəzi kitabxana sisteminin (MKS) uşaq şöbələri
və o cümlədən kollec, lisey və ümumtəhsil məktəbləri
kitabxanaları üçün metodiki mərkəz rolunu
oynayır. 160 min nüsxə kitab fondu olan kitabxananın 8
şöbəsində 40 nəfər əməkdaş
çalışır. Kitabxana 10 mindən çox oxucuya xidmət
edir.
Kitabxana öz oxucularına gündəlik
xidmət göstərməklə yanaşı, məktəblilərin
asudə vaxtlarının səmərəli təşkili məqsədilə
onlara hər il yay tətili dövründə səyyar xidmət
işinə də ciddi fikir verir. Kitabxana əməkdaşları
Naxçıvan şəhərində əhalinin sıx
yaşadığı məhəllələrdə “Kitabı
sevin - kitab bilik mənbəyidir” başlığı
altında yeni kitabların sərgi və oxusunu təşkil
edir, uşaq bağçalarında “Uşaqların
nağıl dünyası” mövzusunda görüşlər
keçirir.
2011-ci ildə isə kitabxana
kollektivi daha iki yeni təşəbbüslə
çıxış edib.
Belə ki, dərs ilinin
başlanğıcında Şəhər Təhsil
Şöbəsinə müraciət edilərək
Naxçıvan Dövlət Televiziyasında “Biləyən”
uşaq proqramının açılmasını təşkil
etmiş və artıq 10 veriliş hazırlanaraq televiziyada
göstərilmişdir. Kitabxanada “Tədris-düşərgə”
də təşkil edilib. Burada uşaqlar həm dərslərə
çalışır, həm sərbəst olaraq bədii ədəbiyyat
oxuyur, kitabxanada hazırlanan müxtəlif ədəbi-bədii
tədbirlərdə fəal iştirak edirlər.
Kamal
Axundov,
Kitabxananın direktoru
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 15.