Vatikan kitabxanasında qədim Azərbaycan əlyazmaları

 

  Vatikan kitabxanasında aşkar olunan Azərbaycan əlyazmalarının bir hissəsi Bakıya gətirilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının və Əlyazmalar İnstitutunun informasiya və tərcümə şöbəsinin müdiri Fərid Ələkbərov məlumat verib. Onun sözlərinə görə, Vatikanın Apostol kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunub. Bunlar XVIII- IX əsrləri əhatə edən çox nadir əlyazmalardır.

   Digər əlyazmalar isə bir ay müddətində gətiriləcək: “Onların arasında Füzulinin, Nəsiminin nadir əlyazmaları, digər tanınmış Azərbaycan şairi və orta əsr elm adamlarının əsərləri tapılmışdır”.

   Qeyd edək ki, Vatikanın arxiv və kitabxanalarında 600-dən çox qədim əlyazma, sənədlər, məktublar, fərman və gizli hesabatlar aşkar edilib.

 

 

   Mədəniyyət.- 2011.- 8 iyul.- S. 2.