Mədəniyyət işçiləri üçün səyyar yay kursları davam edir

 

  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi bölgələrdə səyyar yay kurslarını davam etdirir. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, artıq kursların ikinci mərhələsi başlanılıb.

   Kurslara şimal-qərb bölgələrinin rayonlarından 105 nəfər ümumi orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələrinin işçiləri cəlb olunub. Gəncə Dövlət Universitetində keçirilən kurslar iyulun 21-dək davam edəcək.

   Növbəti kurslar iyulun 26-dan avqustun 3-dək Qazaxda, avqustun 9-dan 18-dək Ağdaş rayonunda təşkil olunacaq. Zona kurslarında müxtəlif rayonlardan dəvət olunmuş ümumi orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələri işçiləri iştirak edəcək.  

 

 

  Ceyhun

 

  Mədəniyyət.- 2011.- 15 iyul.- S. 3.