Yeniyetmə sənətçimiz "Elia Catalano" milli festivalının laureatı olub

 

  Dünya şöhrətli Robertino Loretti Emin Eminzadəni payızda Moskvada keçiriləcək yubiley konsertinə dəvət edib

  

   İyulun 13-dən 16-dək İtaliyanın paytaxtı Roma şəhərindəElia Catalano" milli festivalı keçirilib. İtaliyanın tanınmış sənətçiləri musiqiçilərinin iştirak etdiyi festivalda ölkəmizi Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə təmsil edib.

  

   Emin Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. 14 yaşlı sənətçi bu il fevralın 13-də dünya şöhrətli italyan müğənnisi Robertino Lorettinin Bakıda verdiyi konsertdə onun repertuarından məşhurJamaykamahnısını məharətlə ifa etməklə geniş ictimaiyyətə tanınmışdı. Həmin çıxışdan sonra italiyalı müğənni Emin EminzadəniAzərbaycanın Robertinosuadlandırmışdı. Elə Eminin İtaliyada keçirilənElia Catalano" festivalına dəvət almasının təşəbbüskarlarından biri Robertino Loretti olub.

   Festivalda gənc vokalçı Robertino Lorettinin repertuarındanJamayka “O Sole Mio” mahnılarını ifa edən yeniyetmə sənətçimizin çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Emin Eminzadə ən yüksək nəticə qazanaraqElia Catalano” milli festivalının laureatı olub. Mükafatı gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, Fabrizio Masci təqdim edib.

   İyulun 16-da Emin Eminzadə RomadaElia Catalano” milli festivalının qala konsertində çıxış edib. Tamaşaçılar arasında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov diplomatik korpusun əməkdaşları da olub. Emin Eminzadənin gözəl çıxışından sonra tədbirin aparıcısı səfir V.Sadıxovu səhnəyə dəvət edərək, ona Azərbaycan xalqına İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə görə təşəkkür edib.

   Emin dünya şöhrətli müğənni Robertino Lorettinin ailəsinin qonağı olub. Əfsanəvi tenor gənc solistimizə Romada bir neçə günlük “Master class” keçib. Robertino Loretti Emini payızda Moskvada keçiriləcək yubiley konsertinə dəvət edib. Həmin tədbirdə əfsanəvi tenor gənc solistimizlə birgə oxuyacağını bildirib.

  

 

   F.Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 20 iyul.- S. 4.