“Döngələr”
Cavid
Təvəkkülün yeni filmi yaxın tariximizdən bəhs
edir
Son illər İctimai Televiziya və
Radio Yayımları Şirkəti "Carçıfilm"
yaradıcılıq birliyində bir neçə maraqlı
ekran əsəri çəkilib. Bu yaxınlarda çəkilişləri
yekunlaşan çoxseriyalı “Döngələr” bədii
televiziya filmi avqust ayında, İTV-nin 6 illiyində
tamaşaçılara təqdim olunacaq.
Yaxın
tariximizdən, 1988-1989-cu illərdə baş
verən hadisələri əks etdirən xeyir
və şərin mübarizəsindən bəhs edən filmin rejissoru Cavid Təvəkkül, ssenari
müəllifləri İsmayıl Ömərov, Rafiq Səməndər, operatoru
Emil Rəhimov, rəssamı Rövşən
Mehdiyev, bəstəkarı Ayaz Qəmbərlidir. Baş
rolları əməkdar artistlər Eldəniz Rəsulov və
Abbas Qəhrəmanov ifa
edir. Rejissor Cavid Təvəkkül ötən ilin dekabrında başlanan
filmin çəkilişlərinin Quba, Qusar, Xaçmaz
və Daşkəsəndə aparıldığını dedi: “Döngələr” filmi
insanın arzularına çatması üçün
nələrdən keçə bildiyini
göstərir. Hazırda filmin montaj mərhələsi
bitib. Bu böyük
bir layihə olacaq. Serialın ikinci bölümü
Rusiya və Türkiyədə çəkiləcək”.
“Azarkeş”, “Sovqat” və s. bədii televiziya filmləri ilə Rusiyada “Kinoşok”, Kazan və başqa kinofestivallarda iştirak edən Cavid Təvəkkül hazırda
yeni bir layihə üzərində
işləyir: “Yeni bir filmə hazırlaşıram. Ssenari artıq
hazırdır. “Ay lolo”
adlanacaq film gənc qadınla yaşlı kişi arasında
yaşanan məhəbbətdən
bəhs edəcək.
Baş rollara türk aktyorları Haluk Bilginer və azərbaycanlı aktrisa Nəsrin Cavadzadəni çəkmək istəyirəm”.
Rejissor bir qədər əvvəl tamaşaçılara
təqdim olunan və maraqla qarşılanan “Əzizim
Fellini” filmi ilə bağlı fikirlərini bölüşdü: “Bu filmdəki
rejissor olmaq istəyən həmin gənc hardasa mən özüməm. Ssenaridə öz həyatımı yazırdım. Görünür, tamaşaçılara səmimi
hisslər təlqin edildiyi üçün
film yaddaşlarda qala bilib”.
Y.Cansail
Mədəniyyət.-
2011.- 20 iyul.- S. 10.