Jurnalistlərin
Lənkəran turu rəngarəng proqramla yadda qaldı
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə “Turizmə dəstək” gənclər
koalisiyası və “Palmalife Lenkaran Resort” hoteli bir qrup
jurnalistin iştirakı ilə Lənkərana tur təşkil
etdi. İyulun 15-17-də gerçəkləşən səfər
çərçivəsində Lənkəranda turizm
imkanları ilə tanışlıq məqsədli bir
sıra tədbirlər keçirildi.
«Turizm ili» və 22 iyul - Milli Mətbuat
Gününə həsr olunan turda jurnalistlərlə
yanaşı incəsənət nümayəndələri də
iştirak edirdi.
Səfərin ilk günü
“Palmalife Lenkaran Resort”
hotelinin açılışı
oldu. Bu münasibətlə
tanınmış müğənnilər
Brilyant Dadaşova,
Elmira Ələkbərzadə, “Turizmə dəstək” gənclər koalisiyasının
üzvləri olan gənc estrada və muğam ifaçıları Bahar Lətifqızı, Yaşar
Yusub, Malik Həsənov, rəqqasə
Səbinə Qasımova,
meyxana ustaları Fuad Zəngəzur, Həbib Azərinin iştirakı ilə konsert proqramı təqdim olundu. Tədbirdə həmçinin
Lənkərandakı “Cənub”
televiziyasının çəkdiyi
“Təlatüm” filmi təqdim olundu. Narkomaniyaya qarşı mübarizədən bəhs
edən maarifləndirici
xarakterli filmin ssenari müəllifi Bəxtiyar Axundov, rejissoru Şahin Muradovdur.
Səfərin növbəti günü
«Turizmə dəstək»
koalisiyasının rəhbəri
Ramiz Alıyev və “Palmalife Lenkaran Resort” hotelinin baş direktoru Zəfər Atakanın iştirakı ilə mətbuat konfransı keçirildi. R.Alıyev “Turuzm ili”ndə jurnalistlərin iştirakı
ilə Azərbaycanın
müxtəlif bölgələrinə
təşkil olunan turların əhəmiyyətini
vurğuladı: “Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən turlar bölgələrimizin zəngin
turizm potensialının
təbliğinə xidmət
edir. “Palmalife Lenkaran Resort” hotelinin iştirakı ilə gerçəkləşən budəfəki
turun 22 iyul - Milli Mətbuat Günü ərəfəsinə
təsadüf etməsi
xüsusilə əlamətdardır.
Məqsədimiz Azərbaycanda
turizmin inkişafına
töhfə vermək
və bu işdə KİV-in iştirakını
təmin etməkdir”.
R.Alıyev bildirdi ki, «Turizmə
dəstək» gənclər
koalisiyası turizmlə
bağlı araşdırmalarını
da davam etdirir: “Azərbaycanın regionlarında hotellərin
inkişafını təbliğ
etmək məqsədilə
regionlara səfərlərimizi
davam etdirəcəyik.
Bu səfərlər çərçivəsində
turizmdə olan problemləri də öyrənir, onların aradan qaldırılması
üçün lazımi
orqanlara müraciət
edirik”.
Daha sonra çıxış
edən «Palmalife Lenkaran Resort»in baş direktoru Zəfər Atakan hotel barədə məlumat verdi. Qeyd olundu
ki, hotel yüksək xidməti ilə seçiləcək. Hotelin
həyətində inşa
edilən böyük
hovuzun ətrafında
axşamlar musiqili-əyləncəli
tədbirlər keçirmək
üçün yaxşı
şərait var. Bununla
yanaşı, hotelin uşaqlar üçün
futbol meydançası,
idman zalı, uşaqlar üçün
oyun zalı və s. var.
Jurnalistlərin
Lənkəran turu çərçivəsində daha sonra Lənkəranın
səfalı yerlərinə
səfər təşkil
olundu. Jurnalistlər Lənkəranın meşələri,
çaylarını gəzərək,
bölgənin təbiəti
ilə yaxından tanış oldular. Bütün bunlarla yanaşı Lənkəranda
jurnalistlər arasında
futbol yarışı
da təşkil olundu. Tur iştirakçıları
səfər müddətində
Lənkəranın zəngin
mətbəx nümunələrinin
dadına da baxdılar.
Gülər
Nizamiqızı
Mədəniyyət.-
2011.- 20 iyul.- S. 13.