Turizm İnstitutunun əməkdaşları
Türkiyədə beynəlxalq tədbirdə iştirak
ediblər
Ötən həftə Türkiyənin
Ərzurum şəhərində Şimal-Şərqi Anadolu
İnkişaf Agentliyinin (KUDAKA) dəstəyi ilə “Anadolunun
zirvəsində beynəlxalq tanıtım və əməkdaşlıq
görüşü” adlı tədbir keçirilib.
İkinci dəfə keçirilən
beynəlxalq tədbirdə dünyanın 16 ölkəsindən
120 nəfər, Türkiyə Cümhuriyyətindən isə
200-dən artıq iştirakçı qatılıb.
Zirvə görüşündə
ölkəmizin təmsilçiləri sırasında Azərbaycan
Turizm İnstitutunun iki əməkdaşı - Şəhla Əhmədova
və Nərminə Abdullayeva da olub. Ərzurumun Atatürk
Universitetində gerçəkləşən mərasimdə
çıxış edən Türkiyənin səhiyyə
naziri professor Rəcəb Akdağ xalqlar arasında dostluq və
qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə
əminliyini bildirib, KUDAKA-nın işinə uğurlar
arzulayıb. Sonra Ərzurumun qış turizmini əks etdirən
videoçarxının təqdimatı keçirilib.
Tədbirlər planına əsasən
KUDAKA öz işini müxtəlif bölmələr üzrə
üç şəhərdə - böyük turizm
potensialına malik Ərzurum, sənaye əhəmiyyətli Ərzincan
və heyvandarlıq təmayüllü Bayburtda davam etdirib.
ATİ-nin nümayəndələri səfər çərçivəsində
Ərzurum şəhərinin tarixi-memarlıq abidələri,
görməli yerləri və qış turizmi kompleksi ilə
yaxından tanış olmaq imkanı əldə ediblər.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 5.