Vida sözü yazmaq asan deyil

 

   Tanınmış teatrşünas, Mədəniyyət İncəsənət Universitetinin professoru, AMEA-nın müxbir üzvü İnqilab Kərimov Azərbaycan teatr salnaməsini yazanlardan biri kimi tarixə düşdü. Tarix yazanları isə tarix unutmur.

   

   Təbii, yaş özünü göstərir, ancaq axıra kimi yazıb-yaratmaq eşqim var”. Ömrünün 80-ci zirvəsini yola salan tanınmış teatrşünas İnqilab Kərimov son müsahibələrinin birində belə demişdi. 22 iyulda - dünyasını dəyişən gün İnqilab KərimovunMədəniyyətqəzetində Xalq artisti Yusif Muxtarovun xatirəsinə həsr etdiyi son yazısı dərc olundu. Bu yazını qəzetdə oxumağa macal tapıb-tapmadığını deyə bilməsək , əminliklə deyə bilərik ki, İnqilab Kərimov son anacan yazıb-yaratdı. Düşündüklərini ürəyinin süzgəcindən keçirib yazdı. Tədqiqatçı alim kimi zamanın dolaylarında it-bata düşmüş nadir faktları illər boyu səbrlə, zəhmətlə araşdırıb üzə çıxardı.

   İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 - 1953). 1957-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutu ilə bağlayıb. Uzun illər institutda teatr, kino televiziya şöbəsinin müdiri vəzifəsində işləyib.

   1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi dram nəzəriyyəsi fənlərini tədris edib.

   Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov Azərbaycan teatrının tarixinə tənqidinə həsr edilmiş 20 monoqrafiya kitabın, o cümlədən bu sahənin nəzəri məsələləri ilə bağlı 120-yə yaxın əsərin müəllifidir.

   2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan İnqilab Kərimov respublikamızdan kənarda da incəsənət tarixinin nəzəriyyəsinin tədqiqatçısı kimi tanınıb. İnqilab Kərimovun türk, türkmən, özbək, tacik, latış, rus gürcü dramaturgiyasından etdiyi tərcümələr Azərbaycan incəsənətinə verdiyi misilsiz töhfələrdəndir.

   Teatrşünas Könül Əliyevaİnqilab Kərimov fenomeni”ni açıqlama cəhdiməqaləsində yazır: “Görkəmli tədqiqatçı-alim İnqilab Kərimov milli teatr tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, görkəmli teatr xadimlərinin həyat yaradıcılığına həsr olunmuş onlarla sanballı əsərin müəllifidir: “Əbdürrəhim bəy Haqverdiyev teatr” (1975); “Nəriman Nərimanov teatr” (1989); “Azərbaycan teatrının yaranması, təşəkkülü inkişafı. XIX əsrin sonu - XX əsrin əvvəli” (1991); “Azərbaycan-Türkiyə teatr əlaqələri” (2000); “Azərbaycan peşəkar teatrının tarixi inkişaf mərhələləri” (2002), “Heydər Əliyev. Sənət, sənətkarlar haqqında” (2005); “Bakı Bələdiyyə Teatrı” (2006), “Teatr: taleyin ömrümə yazdığı qismət” (2009), “Azərbaycan teatr tarixi” (2008) s. Milli teatrşünaslıq elmimizdə mühüm yer tutan bu tədqiqat əsərləri Azərbaycan teatr tarixinin arxeoqrafik proyeksiyasıdır”.

   İnqilab Kərimov 80 il ömür sürdü. Ömrünün ən çətin anlarında belə həyat eşqi onu tərk etmədi. İnsanlara, sənətə, sənətinə olan sonsuz sevgisi heç vaxt azalmadı.

   Dünyasını dəyişsə , uzun illər insanların yaddaşında yaşayacaq, teatr aləmində bu ad, bu imza zaman-zaman görünəcək, xatırlanacaq.

   Allah rəhmət eləsin.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 27 iyul.- S. 7.