“Azərbaycan mətbuat tarixi antologiyası”

 

   Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun vəsaiti hesabına “Azərbaycan mətbuat tarixi antologiyası” kitabının ikinci cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

  

   Azərbaycan mətbuatının 135 illiyinə həsr edilmiş antologiya Prezident İlham Əliyevin bu sözləri ilə başlayır: “Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.

   Kitabın redaksiya heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli daxildir.

   Bakı Dövlət Universitetinin müəllimləri Şamil Vəliyev və Nəsiman Yaqublunun nəşrə hazırladıqları kitabda Azərbaycan mətbuatı və jurnalistikasının inkişafı tarixinionun elmi-nəzəri prinsiplərini əks etdirən materiallar toplanıb. Azərbaycanın ictimai-mədəni həyatı, sosial-siyasi təkamülü, vətəndaş cəmiyyəti və müstəqil dövlət quruculuğunda əsaslı rol oynayan mətbuat və jurnalistikanın təşəkkülü və inkişafını işıqlandıran antologiya media işçiləri, tədqiqatçı alimlər, ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

   Nəfis tərtibatlı 440 səhifəlik “Azərbaycan mətbuat tarixi antologiyası” kitabının ikinci cildi ali məktəblərin ictimaihumanitar fakültələrinə, kitabxanalara pulsuz veriləcək.

 

 

   Mədəniyyət.- 2011.- 27 iyul.- S. 7.