Bakıda Vladimir Vısotskinin xatirəsi anılıb

 

   Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı şair, bəstəkar, aktyor Vladimir Vısotskinin xatirəsinə həsr olunmuş gecə keçirilib. “Vısotskisiz 31 il” adlanan bu konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.

   Xatirə gecəsində rusiyalı və azərbaycanlı ifaçılar - Andrey Ofiserov, Eldar Əsədov, Viktor Leonidov, Samir Rəcəbov, Olya Melnikova, Polina Qolnik məşhur bard ustası Vladimir Vısotskinin mahnılarını səsləndirib. Konsert Azərbaycan paytaxtında keçirilən VII Müəllif mahnıları festivalı çərçivəsində təşkil olunub.

   Qeyd edək ki, Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də anadan olub. Böyük tamaşaçı və dinləyici sevgisi qazanan sənətkar populyarlığının pik çağında, 1980-ci il iyulun 25-də intihar edib. 1987-ci ildə, ölümündən sonraGörüş yerini dəyişmək olmaz” filmindəki Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına layiq görülüb.

  

 

   Səbinə Məmmədova

 

   Mədəniyyət.- 2011.- 27 iyul.- S. 12.