Şekspirdən
sonra ikinci
Görkəmli
ingilis yazıçı-dramaturqu Corc Bernard Şou 1856-cı
il iyul ayının 26-da Dublin şəhərində anadan
olub. Mənşəcə irlanddır.
1871-ci ildə kolleci bitirib, lakin
maddi çətinlik üzündən universitetə daxil ola
bilməyib. 1876-cı ildə Londona köçüb və
jurnalistliklə məşğul olub. Siyasi
baxışlarına görə sosialist olan Şou əsərlərində
kapitalizm cəmiyyətinin tənqidinə geniş yer
ayırıb. “Ağılsız kəbin” (1880), “Artistin məhəbbəti”
(1881), “Keşel Bayronun sənəti” (1882) və kəskin
mövzulu “Həvəskar sosialist” (1883) romanları ilə ədəbi
ictimaiyyətin rəğbətini qazanıb.
90-cı illərdən
dramaturq kimi tanınıb. “Silah
və insan”, “Kandida”, “Taleyin sevimlisi”, “Yaşayarıq,
görərik” pyeslərində
kapitalizm cəmiyyətinin
təzadları əksini
tapıb, aktual sosial-etik problemlər qaldırılıb.
“İnsan və fövqəlbəşər”,
“Mayor Barbara”, “Həkimin dilemması”,
“Piqmalion”, “Ürək
sındırılan evdə”,
“Alma arabası”, “Əngəl”,
“Milyoner arvadı”, “Cenevrə” və s. pyeslərində kapitalizm cəmiyyəti tənqid olunur. Yeganə faciə əsəri
“Müqəddəs İoanna”
Janna d’Arka həsr olunub.
Bernard Şou Uilyam Şekspirdən sonra dünyaca məşhur ikinci böyük dramaturqdur. 1925-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına
layiq görülüb.
O, pul mükafatından
imtina etsə də, medalı qəbul etmişdi. Şou dünya ədəbiyyatında
yeganə yazıçıdır
ki, həm Nobel mükafatına, həm də “Oskar” mükafatına
(“Piqmalion” filminin ssenarisinə görə,
1938) layiq görülüb.
Ömrünün son illərində “Boyantın milyardları”,
“Uydurma təmsillər”
pyeslərini yazıb.
Yazıçı 1950-ci il noyabrın 2-də vəfat edib.
Şounun bir sıra
dram əsərləri (“Şeytanın
şagirdi”, “Piqmalion”)
Azərbaycan səhnəsində
tamaşaya qoyulub.
Çingiz
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 13.