Elektron xidmətlərin təşkilinə
həsr olunmuş
regional seminar
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə İsmayıllıda
informasiya-kommunikasiya texnologiyalarının
inkişafına, bu sahədə prezident İlham Əliyevin müvafiq fərmanının
icrasına həsr olunmuş regional seminar keçirilib.
Heydər Əliyev Mərkəzində
təşkil olunan seminarda İsmayıllı,
Balakən, Zaqatala, Şəki, Qəbələ,
Oğuz, Qax, Şamaxı, Ağsu və Qobustan rayonlarından müvafiq təşkilatların nümayəndələri
iştirak ediblər.
İştirakçılar
əvvəlcə Heydər
Əliyev Mərkəzi
ilə tanış
olub, şəhərin
mərkəzində ümummilli
liderimizin abidəsinin
önünə gül
dəstələri qoyublar.
Seminarda Mədəniyyət və
Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi
Elnur Hüseynov, Analitik təhlil və proqram təminatı şöbəsinin
müdiri Qabil Abbasov və başqaları çıxış
edərək respublikamızda
son illər informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi,
inkişaf etdirilməsi,
bu sahədə bölgələrdə mövcud
vəziyyət barədə
ətraflı məlumat
veriblər.
Seminarda İsmayıllı Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
internet saytının, şöbənin
nəzdindəki elektron
kitabxanaların və
digər resursların
fəaliyyəti əyani
şəkildə nümayiş
etdirilib, nəzəri
məşğələlər aparılıb. Mədəniyyət və turizm şöbəsinin internet saytında
bölgənin turizm potensialını əks etdirən məlumatlar iştirakçıların marağına
səbəb olub.
Burada rayonun flora və faunası, tarixi-mədəniyyət
abidələri, turizm
zonaları, istirahət
mərkəzləri barədə
ətraflı məlumatlar
yer alıb.
Mədəniyyət.- 2011.-
27 iyul.- S. 3.