Azərbaycanlı
caz ifaçısı “Black
Sea Jazz” festivalında
iştirak edib
İyulun 19-dan 24-dək
Gürcüstanın Batumi şəhərində “Black Sea
Jazz” Beynəlxalq festivalı keçirilib.
Gürcüstanın Mədəniyyət
Nazirliyinin dəstəyi ilə təşkil olunan festivala 11
ölkədən 150-dək musiqiçi qatılıb. Bu
nüfuzlu musiqi yarışmasında Azərbaycanı gənc
müğənni Ülviyyə Rəhimova təmsil edib.
Səhnəyə məşhur
gürcü “Jazz Factory” qrupu ilə çıxan Ü.Rəhimovanın
ifası tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. Ülviyyə Rəhimova
ölkəmizi bu ilin iyununda Tbilisidə keçirilmiş
“Kavkaz Jazz-2011” festivalında müvəffəqiyyətlə təmsil
edib.
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 3.